Azərbaycan Ordusunda film kimi hadisə: Əsgər özünü qumbaranın üstünə atıb komandirin xilas etdi

Maştağa kəndinin sakini Əliağa Eldəniz oğlu Məmmədov. 255 saylı məktəbi bitirən, Akademik Musiqili Teatrda işıqçı işləyən gənc.

Vətən Müharibəsində qəhrəman olmuş Əliağa. Döyüşdə düşmən minaatanlardan atəşə başlamışdı. Əliağa minalardan birinin tabur komandirinin yanına düşəcəyini sezir. İrəli atılır, komandiri yerə yıxır, vücudunu ona sipər edir. Mina partlayır, qəlpələr Əliağanın bədəninə sancılır. Əliağa canı bahasına komandiri xilas edir.

Maştağadakı dəfn mərasimində tabur komandiri iştirak edə bilmədi: hücum əməliyyatında olduğuna görə. Amma o, Əliağanın valideynlərinə telefonla ismarıc yollayıb:

“Övladınız məni həyatı bahasına xilas etdi, taburun hücumunun qarşısını almağa çalışan düşmənə mane oldu. Belə şücaəti, qəhrəmanlığı yalnız filmlərdə görmüşdüm, kitablarda oxumuşdum.

Bu gün oğlunuzu itirsəniz də, məni oğul saya bilərsiniz. Cəbhədən qayıdan kimi oğul təki xidmətinizdəyəm. Həyatımı sizə borcluyam”.

İşıqçı Əliağa indi əbədi nur içrədir. Budur Azərbaycan xalqı..

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password