Paşinyanın Makrona təxribatçı çağırışı: “Azərbaycanda bu qədər marağı olan dövlət…”

“Fransa Qarabağın “müstəqilliyini” tanısa, bundan itirən biz olmayacağıq”.

Bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Hərəkat rəhbəri Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağdakı münaqişə ilə bağlı Fransa Prezidenti Emmanuel Makrona çağırışına diqqət çəkib:

“Paşinyan “Tv5 Monde” televiziyasına müsahibəsində deyib ki, Fransa və Emmanuel Makrondan Qarabağın müstəqilliyini tanımasını gözləyir. Tutaq ki, tanıdı, itirən kim olacaq? Əlbəttə Fransa.

Ötən il Fransa Azərbaycanda 536 milyon 640 min dollarlıq xam neft alıb. Neft də elə məhsuldur ki, onun alıcısı çoxdur. Fransa almayacaq, İtaliyaya satacaıq, İtaliya almayacaq, Almaniyaya satacağıq.

Fransanın “Total” şirkəti “Abşeron” layihəsində 50 faiz pay sahibidir. Şirkətin “Ümid-Babək” və digər layihələrdə də marağı mövcuddur. Odur ki, Azərbaycanın enerji sektorunda bu qədər marağı olan dövlətin hətta Ermənistanın da tanımadığı Qarabağı tanıması yalnız Paşinyan kimi siyasi səbatsızların xülyası ola bilər. Paşinyan onu da deyib ki, əgər dünya yaranmış vəziyyətə ciddi yanaşmasa, onda Türkiyəni Vyanada gözləməli olacaqlar.

İndiki dövrdə bu fikri işlətmək üçün gərək orta ərslər təfəkkürünə malik olasan

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password