“MƏK-AN” MMM – dən Ordumuza dəstək
Aktualinfo.org xəbər verir ki,1999-cu ildən fəaliyyət göstərən, ölkəmizin aparıcı tikinti, memarlıq, layihələndirmə şirkətlərindən biri olan “MƏK-AN” MMM Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə Ordumuza uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Hər şey Vətən üçün, hər şey qələbə üçün! Qarabağ Azərbaycandır!