Erməni alimdən Mxitaryana: Ayıl, Qarabağ bizim deyil!
Tanınmış erməni əsilli tarixçi Filip Ekozyans İtaliyanın “Roma” futbol klubunda çıxış edən erməni futbolçusu Henrix Mxitaryana videomüraciət ünvanlayıb.
Erməni tarixçi Mxitaryanın simasında bütün ermənilərə izah etməyə çalışıb ki, tarixi saxtalaşdırmaq, özgələrə məxsus olanları mənimsəmək olmaz.
“Henrix sosial şəbəkədəki səhifəsində yazıb ki, guya Qarabağda Azərbaycanın timsalında təcavüzkarlara qarşı müharibə gedir. Mən ona izah etmək istərdim ki, Azərbaycan öz ərazisində müharibə apardığı üçün təcavüzkar ola bilməz. Onlar öz torpaqlarını geri qaytarmaq istəyirlər.
Ermənilər bilməlidirlər ki, bu, onların tarixi torpaqları deyil!
Daha sonra Henrix Ermənistanın guya bu müharibədə xristian dəyərlərini müdafiə etdiyini yazıb. Demək istərdim ki, bu da yalandır! Azərbaycan və Ermənistan arasındakı müharibədə heç bir xristian dəyəri tapdalanmır, ümumiyyətlə, bu, heç münaqişəyə səbəb kimi də göstərilə bilməz. Bütün dünya bunu çox gözəl anlayır.
Henrixin öz paylaşımının sonunda yazdıqlarını isə ümumiyyətlə, təkrar etmək istəmirəm. Bu o qədər iyrəncdir ki… O yazır ki, guya Azərbaycan Ordusu uşaq bağçalarını məhv edir…
Mxitaryan, ayıl! Bunu harada görürsən? Bunu necə təsəvvür etmək olar ki, tankdakı Azərbaycan əsgəri uşaq bağçasına yaxınlaşır, oyuncaqlı uşaqları hədəfə alır… Henrix, sən xəstəsən? Sən həqiqətən sağlam həyat sürürsən? Heç nə qəbul etmirsən? Bunu kimə yazdın? Hansı ağılsızlar üçün? Bu yazdıqların kimə hesablanıb?
Bunun bir izahı var: Yaramaz insanın yazdığı gülünc bir paylaşım!” – deyə erməni alim qeyd edib.