Ərdoğan: “İrəvan Qarabağdakı məğlubiyyətində Türkiyəni günahlandırır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ermənistanın Azərbaycanla döyüşlərdəki məğlubiyyətinə görə dünyaya car çəkir ki, guya Türk qüvvələri Dağlıq Qarabağdakı hərbi münaqişədə iştirak edir.
Bu haqda məlumatı TASS agentliyi yayıb.
Türkiyə liderinin sözlərinə görə, Ermənistan 30 ilə yaxındır ki, “Azərbaycan torpaqlarını işğal altında saxlayır”.
Eyni zamanda, beynəlxalq ictimaiyyət bu illər ərzində “Azərbaycana qarşı yeni təxribatlar üçün zəmin yaradan” həqiqəti gizlədib.
“Bu gün Azərbaycan torpaqlarını addım-addım azad edir <…> Ermənistan döyüş meydanında sarsıdıcı bir məğlubiyyətə uğrayır və bu səbəbdən də Türkiyənin döyüş əməliyyatlarında iştirakına dair fikir formalaşdırmağa çalışır” deyib.
Türkiyə prezidenti, həmçinin Ankaranın “haqqın tərəfində olduğunu” və lazım gələrsə, Azərbaycanı dəstəkləməyə hazır olduğunu söyləyib.
O, Ermənistan-Azərbaycan münaqişəsinin uzunmüddətli həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Sentyabrın 27-də Azərbaycan Müdafiə Nazirliyi “Qarabağdakı təmas xəttindəki yaşayış məntəqələrini atəşə tutan” Ermənistan Silahlı Qüvvələrinin hərəkətlərinə cavab olaraq “əks-hücum əməliyyatı”na başladığını elan edib.
Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfdən mülki və hərbi itkilər var.