Ərdoğan Merkelə Ermənistanın işğalçı dövlət olduğunu dedi: “Qətnamələr icra olunmalıdır”

Türkiyə Prezidenti Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə videokonfrans danışıqları zamanı, keçən həftə Avropa Birliyi sammitinin Avropa-Türkiyə münasibətlərinə dair qərarının Ankara ilə Aİ münasibətlərindəki problemləri aradan qaldırmaq üçün yetərli olmadığını söyləyib.

Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Prezident Ərdoğan videokonfrans vasitəsi ilə Almaniya kansleri Merkellə danışıqlar apardı. Prezident AB sammitinin Türkiyə ilə bağlı qərarının əməkdaşlıq, dialoq üçün zəmin yaratmadığını və Türkiyə ilə AB arasındakı mövcud problemlərin həllinə qatqı təmin etmədiyini söylədi. Türkiyənin konstruktiv mövqeyinə və Avropanın mənafeyinə zidd olaraq, AB Yunanıstan və Kiprin kiçik maraqlarını məmnun etmək üçün təzyiqlərə və şantajlara boyun əydi”. Türkiyə liderinin administarsiyası belə deyib.

Dağlıq Qarabağdakı vəziyyətə münasibət bildirən Ərdoğan BMT-nin “Ermənistan tərəfindən işğal edilmiş” Azərbaycan ərazilərinə dair qətnamələrinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, Liviyadakı münaqişənin həllindən danışan Türk lider, ölkədəki atəşkəs sayəsində ortaya çıxan imkanları qorumağın vacibliyini vurğulayıb.

Keçən həftə sammitin ilk gününün nəticələrindən sonra Avropa Şurasının rəhbəri Çarlz Mişel, Avropa Birliyinin Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı Türkiyə ilə tam hüquqlu bir dialoq üçün bir şans buraxdığını və dekabr ayında keçiriləcək sammitdə bu mövzunu müzakirə etməyə dönəcəyini söyləyib.

Onun sözlərinə görə, AB qərarları Yunanıstan və Kiprə dəstək deməkdir. Yunanistan və Kipr Türkiyəni suveren hüquqlarını pozmaqda suçlayarak sanksiyaların tətbiq edilməsini istəyib.

Son vaxtlar Afina ilə Ankara arasındakı münasibətlər kəskin şəkildə pisləşib. Buna səbəb Türk gəmisi Oruc Reis Yunanıstanın Mütəxəssis İqtisadi Bölgəsi (EEZ) hesab etdiyi bir bölgədə Şərqi Aralıq dənizində seysmik tədqiqatlar aparmasıdır. Yunanıstan Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Türkiyə, Kiprin EEZ hesab etdiyi ərazidə də araşdırmalar aparır.

Ankara tədqiqat gəmisi Oruç Reis və döyüş gəmilərini Şərqi Aralıq dənizindən çıxardıqdan qısa müddət sonra, Yunanıstan Xarici İşlər Nazirliyi, 22 sentyabrda Türkiyə ilə 2016-cı ildə kəsilmiş təmasları bərpa etmək barədə razılığa gəldiyini elan edib./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password