Təhsil Nazirliyi yeni qəbul olunan tələbələrə müraciət edib

Təhsil Nazirliyi təhsil müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul olunan tələbələrə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris (2020-2021-ci) ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 12-dək uzadılıb:

“Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı üçün Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı fəaliyyət göstərir. Göstərilənləri nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyatının aparılması üçün https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunur.

Məlumat üçün bildirək ki, https://e-telebe.edu.az elektron portalı vasitəli ilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password