Türkiyənin dörd bir tərəfindən Azərbaycana dəstək, Ermənistana isə lənət yağdırılır.
İnsan Haqq və Azadlıqları Humanitar Yardım Vəqfi Ermənistanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi və ardınca dinc əhaliyə hücumlarına etiraz olaraq mitinq təşkil edib.
Avtomobillərini Azərbaycan və Türkiyə bayraqları ilə bəzəyən aksiya iştirakçıları Çorumda şəhər turuna çıxıb.
Vəqfin Çorum üzrə rəhbəri Selim Özkabakçı Azərbaycana dəstəklərini göstərmək üçün Türkiyə miqyasında eyni zamanda şəhər turu təşkil etdiklərini söyləyib. O, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu dilə gətirib.
Ədirnə şəhərində türk vətəndaşlar Azərbaycana dəstək məqsədilə təşkil olunan kortejə könüllü qatılıb.
Bundan başqa, Antalyanın Konyaaltı rayonunda 90 metr hündürlüyü olan “Şeytan çarxı” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb, “Bir millət, iki dövlət” şüarı yazılıb. Burada da vətəndaşlar avtomobillərini bayraqlarla bəzəyərək şəhər turu təşkil edib.
Kəpəz rayonundakı Ərdəm Bəyazid Mədəniyyət Mərkəzinin qarşısında toplaşan vətəndaşlar mətbuata açıqlama verdikdən sonra şəhər turuna çıxıb.
Elazığ şəhər bələdiyyəsi xidməti binasına Azərbaycan və Türkiyə bayraqlarını əks etdirib. Vətəndaşların diqqətini çəkən bayraqlar qarşısında hər kəs foto çəkdirmək üçün sıraya düzülüb.
Türk vətəndaşlar Azərbaycanın haqlı davasının xoşbəxt sonluqla bitməsi üçün dua etdiklərini bildirib.
Ərzurum şəhər bələdiyyəsi Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal olunan torpaqlarını azad etmək üçün başlanan anti-terror əməliyyatlarına dəstək məqsədilə şəhərdəki tarixi məkanları Azərbaycan və Türkiyə bayraqları ilə bəzəyib.