Sərkisyan da etiraf etmişdi ki… – Mixaylov

 

Azərbaycan ordusu uğurla irəliləyir və işğal olunmuş əraziləri geri alır. Elə bu səbəbdən də Ermənistan əsəbiləşməyə başlayıb.

Bunu açıqlamasında rus politoloq, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov Ermənistanın Azərbaycan şəhərlərinə raket zərbələri endirməsini şərh edərkən deyib.

“Dinc Azərbaycan şəhərlərinin erməni bölmələri tərəfindən atəşə tutulması rəsmi Bakını Ermənistan ərazisindən qisas almağa sövq etmək cəhdi kimi qiymətləndirilə bilər. Ermənistan rəhbərliyi Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə bütün yollarla cəlb etməyə çalışır”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, İrəvan həmişə qaydaları pozub:

“90-cı illərdə Qarabağ münaqişəsi zamanı dinc Azərbaycan əhalisinin məhv edilməsi erməni silahlıları üçün adi hal idi.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan da hətta bir dəfə demişdi ki, “Azərbaycanlılar mülki əhalini qırmayacağımızı düşünürdülər, amma yanıldılar”.

Buna görə mülki əhaliyə zərbə vururlar. Bu, ermənilər üçün adi hala gəlir”.

Yevgeni Mixaylov vurğulayıb ki, hazırda Azərbaycanın dinc əhaliyə zərər vurmadan cavab zərbəsi endirmək və atəş nöqtələrini məhv etmək hüququ var./axar.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password