CBCN portalı: “Azərbaycan Ermənistandakı bütün hərbi hədəfləri məhv edəcək”
“Azərbaycan Ermənistandakı bütün hərbi hədəfləri məhv edəcək”.
Bu sözləri dünyanın tanınmış portallarından biri olan cbcn.com saytı Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin çıxışına istinadən dərc edib.
Saytda daha sonra bildirilir ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinə ermənilərin atdığı raket nəticəsində bir mülki şəxs dünyasını dəyişib. Portal yazır ki, Ermənistan bu raket hücumunu inkar edib.
Sayt qeyd edir ki, Türkiyə Ermənistanı Azərbaycanın mülki vətəndaşlarını hədəf aldığına görə şiddətlə qınayır:
“Tükiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində özünümüdafiə hüququnu dəstəklədiyini təkrarlayıb. Ermənistanın Gəncədəki mülki insanları hədəf alan hücumları Ermənistanın qanunsuz münasibətinin yeni təzahürüdür. Bu hücumları qınayırıq”.
Ankara Bakını dəstəkləyir və beynəlxalq ictimaiyyətin dərhal atəşkəs çağırışlarını rədd edib./konkret.az/