“Azpetrol” Silahlı Qüvvələrə Yardım Fonduna 500 min manat köçürüb

 

“Azpetrol” şirkəti Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 500 min manat məbləğində maddi yardım edib.

Şirkətdən Aktualinfo.org-a verilən məlumata görə bununla bərabər torpaqlarımızı erməni işğalından azad etmək üçün “Azpetrol” şirkətinin 200-dən çox əməkdaşı da səfərbər edilərək cəbhəyə yola salınıb.

“Azpetrol” şirkəti eyni zamanda, cəbhəyə kömək üçün yanacaqdaşıyan maşınlar göndərib.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password