Türkiyə Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Ermənistan dərhal hücumlarını dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”.

Türkiyə Müdafiə Nazirliyindən Ermənistana ünvanlanan xəbərdarlıqda belə bildirilib.

Bu sabah Gəncədə mülki əhaliyə hücum olunması beynəlxalq hüququn açıq-aşkar pozulduğunu qeyd edən nazirlik Ermənistanı bu hücumlarına görə qətiyyətlə pisləyib: “Uşaq, qadın, yaşlı demədən Xocalı qətliamını törədən Ermənistan  30 il öncə necədirsə, bu gün də elədir. Ermənistan regionda sülh və sabitliyin bərqərar olunmasına əngəldir”.  Açıqlamada qeyd olunub ki, Ermənistanın Azərbaycanda Türkiyəyə məxsus havadan müdafiə (İHA) vasitələri və pilotsuz havadan müdafiə vasitələrindən (SİHA) istifadə olunmasına dair iddiaları həqiqətə uyğun deyil./apa.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password