“Ölənlərin sayı-hesabı yoxdur, təkcə bu gün 60 yaralı gətirdilər…”

 

Ermənistanın Qarabağa yaxın hospitalına durmadan çoxsaylı yaralılar daşınır və onların arasında ağır yaralılar çoxdur. Bu haqda Znak.com Rusiya portalının müxbiri xəbər verir. Yaralıları hospitala həm təcili yardım maşınları, həm yerli sakinlər daşıyır. Tibb müəssisəsinin əməkdaşları hospitalın yerini göstərməməyi xahiş ediblər ki, Azərbaycan pilotsuz təyyarələri ora zərbə endirə bilər. Lakin virtualaz.org söhbətin Gorus hospitalından getdiyinə əmindir.

Rusiya internet-qəzetinin müxbiri hospitalın rəis müavini ilə danışa bilib. Təhlükəsizlik baxımından o, adını açıqlamaq istəməyib. İxtisasca cərrah olan rəis müavini deyib ki, son iki gün yaralıların sayına görə ən ağır günlər olub. “Bütün sutka boyu yaralıları əməliyyat edirik, son yeddi gün ərzində mən uzağı altı saat yatmışam. Bəli, başa düşürəm ki, daha sonra bu mənə ziyan vuracaq, amma hələlik işləmək istəyirəm, yuxum gəlmir. Yəqin ki, hansısa adrenalin kompleksidir”,-o deyib.

Həkim bildirib ki, yaralıları hospitala hərbçilərlə yanaşı yerli sakinlər də danışır. Çoxları öz yaxınlarının taleyini öyrənmək üçün hospitalın qarşısına toplaşıb. Onlar həm də yaralıları boşaltmağa kömək edirlər.

Hospitalın daha bir əməkdaşı deyib ki, müharibə başlayandan bəri onların əlindən 200-dən çox yaralı keçib. Lakin təkcə oktyabrın 3-də 60 yaralı gətirilib. “Olduqca çox ölən var”,-o bildirib.

Yaralılar arasında yaşı 60-a yaxın olan könüllü də var. O, ayağından güllə yarası alıb. Deyir ki, səngərə qaçana qədər yaralanıb: kimsə ona atəş açıb və güllə ayağından dəyib. Yaşlı erməninin dediyinə görə, onların dayandığı mövqeyə əvvəlcə pilotsuz təyyarə zərbə endirib. Amma hamı sağ qalıb. Daha sonra mövqeyə 70-dən çox Azərbaycan piyadası hücuma keçib.

“Onlar yaxşı təlim keçiblər, öz taktikaları var. Azərbaycanlılar indi başqa cür döyüşürlər. Mən birinci müharibədən xatırlayıram ki, onlar belə döyüşmürdülər”,-yaralı deyib./virtualaz.org/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password