Jirinovskidən Qarabağ probleminin həlli ilə bağlı TƏKLİF: “Azərbaycan və Ermənistan Rusiyaya birləşməlidir”

LDPR lideri Vladimir Jirinovski hesab edir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə Rusiyanın Cənubi Qafqazda iştirakı olmadan həll olunmayacaq.

Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Gəlin, hamımız dost olaq, heç kimin müharibəyə ehtiyacı yoxdur. Ancaq Cənubi Qafqazla bağlı yalnız bir qərar var. Rusiyanın varlığı. Əgər Türkiyə oradadırsa, bu, ermənilər üçün pis olacaq. Əgər Rusiyadan başqa kimsə ermənilərin köməyinə gələrsə, o zaman Azərbaycana pis olacaq. Neytral tərəfə ehtiyacımız var və bu, yalnız ruslardır” deyə Jirinovski Telegram kanalında yazıb.

O əlavə edib ki, problemi kökündən həll etmək üçün Ermənistan və Azərbaycan könüllü şəkildə Rusiyanın bir hissəsi olmalıdır: “O zaman Dağlıq Qarabağ Moskva tərəfindən idarə olunacaq”.

“Bu, bir hərbi bazanın və ya sadəcə mülki nəzarətin formatı ola bilər. Digər bir variant da budur ki, Dağlıq Qarabağ bütün qonşu ölkələrdən müstəqil olmalı, orada rus hərbi kontingenti yerləşməlidir. Heç bir ölkə ona hücum etməyə cəsarət etməyəcək”. Jirinovski belə hesab edir.

LDPR lideri vurğulayıb ki, onun təklifləri yalnız könüllü xarakterlidir.

“Bir yerdə oturun. Birinci, erməni xaşını (Nə vaxtdan xaş erməni mətbəxi sayılır?), ikinci Azərbaycanın lülə-kababını yeyin, üstündən də rusların zoğal arağını için. Və nəticədə barışın. Axı, hamımız insan kimi bir-birimizə bağlıyıq”.  Jirinovski yekunlaşdırıb.

Sentyabrın 27-də rəsmi Bakı ermənilərin Qarabağdakı təmas xəttində Azərbaycanın yaşayış məntəqələrini atəşə tutduğunu, mülki və hərbi itkilər olduğunu açıqlayıb.

Ermənistan müdafiə nazirliyi Azərbaycan ordusunun Qarabağ istiqamətində “əks-hücuma keçdiyini” söyləyib.

Rusiya Federasiyası və Fransa da daxil olmaqla bir sıra dövlətlər tərəfləri təmkinli olmağa çağırıblar. Türkiyə Dağlıq Qarabağdakı vəziyyətin daha da gərginləşməsi fonunda Azərbaycana istədiyi dəstəyi verəcəyini bildirib./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password