Yəhudi politoloq: İşğalçılar onlara aid olmayan torpaqları tərk etməlidir

 

Dağlıq Qarabağ ətrafında vəziyyət Cənubi Qafqazda barıt çəlləyinə bənzəyir. Çünki burada İran, Rusiya, Azərbaycan, Ermənistan, Türkiyənin maraqları toqquşur. Odur ki, olduqca həssas, mümkün qədər ehtiyatlı və maksimum diqqətli davranmaq lazımdır. Paşinyan rəhbərliyi məqsədyönlü şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi proses cəhdlərinin qarşısını almağa başladı.

Azərbaycan güclü ordusu olmasına baxmayaraq, neçə illərdir aktiv hərbi əməliyyatlar həyata keçirmir. Çünki Azərbaycan müharibə etmək istəmirdi. Azərbaycan öz torpaqlarını diplomatik və sülh yolu ilə azad etmək üçün bütün üsullara əl atdı.

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin İsrail şöbəsinin sədri, tanınmış politoloq və “Gurevich communications” PR agentliyinin rəhbəri Roman Qureviç deyib. O bildirib ki, Azərbaycan tolerantlıq və səbir nümayiş etdirsə də, Ermənistan rəhbərliyi açıq şəkildə müharibəyə təhrik edir. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücuma keçərək düzgün qərar verdi.

 

Azərbaycan kifayət qədər güclənib, həm ordusu, həm də döyüşə hazırlıq baxımdan Ermənistan ordusunu üstələyir. 30 ildir Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması yolunda təmkinli davranır, aktiv hərbi əməliyyatlar həyata keçirmir. Amma artıq Azərbaycan Respublikası rəhbərliyinin öz torpaqlarını işğaldan azad etmək üçün başqa çıxış yolu qalmayıb. Bir daha vurğulayıram, öz torpaqları. Çünki istənilən beynəlxalq norma və prinsiplərə əsasən bu torpaqlar suveren Azərbaycan Respublikasına məxsusdur. Heç kəs müharibə istəmir. Lakin bu halda işğalçılar heç vaxt onlara aid olmayan və aid olmayacaq torpaqları tərk etməlidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password