Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasının 2020/2021 mövsümündə qrup mərhələsinin püşkü atılıb. 

Mərasim İsveçrənin Nyon şəhərində gerçəkləşib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşehir” PSJ (Fransa), “Mançester Yunayted” (İngiltərə) və “Leyptsiq”ə (Almaniya) rəqib olub.

A qrupu: “Bavariya” (Almaniya), “Atletiko” (İspaniya), “Zaltsburq” (Avstriya), “Lokomotiv” (Moskva, Rusiya)

B qrupu: “Real Madrid” (İspaniya), “Şaxtyor” (Ukrayna), “İnter” (İtaliya), “Borussiya” (Mönxenqladbax, Almaniya)

C qrupu: “Porto” (Portuqaliya), “Mançester Siti” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Marsel” (Fransa)

D qrupu: “Liverpul” (İngiltərə), “Ayaks” (Niderland), “Atalanta” (İtaliya), “Midtüllann” (Danimarka)

E qrupu: “Sevilya” (İspaniya), “Çelsi” (İngiltərə), “Krasnodar” (Rusiya), “Renn” (Fransa)

F qrupu: “Zenit” (Rusiya), “Borussiya” (Dortmund, Almaniya), “Latsio” (İtaliya), “Brügge” (Belçika)

G qrupu: “Yuventus” (İtaliya), “Barselona” (İspaniya), “Dinamo” (Kiyev, Ukrayna), “Ferentsvaroş” (Macarıstan)

H qrupu: PSJ (Fransa), “Mançester Yunayted” (İngiltərə), “Leyptsiq” (Almaniya), “Başakşehir” (Türkiyə)

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına oktyabrın 20-də start veriləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password