Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı
UEFA Çempionlar Liqasının 2020/2021 mövsümündə qrup mərhələsinin püşkü atılıb.
Mərasim İsveçrənin Nyon şəhərində gerçəkləşib.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşehir” PSJ (Fransa), “Mançester Yunayted” (İngiltərə) və “Leyptsiq”ə (Almaniya) rəqib olub.
A qrupu: “Bavariya” (Almaniya), “Atletiko” (İspaniya), “Zaltsburq” (Avstriya), “Lokomotiv” (Moskva, Rusiya)
B qrupu: “Real Madrid” (İspaniya), “Şaxtyor” (Ukrayna), “İnter” (İtaliya), “Borussiya” (Mönxenqladbax, Almaniya)
C qrupu: “Porto” (Portuqaliya), “Mançester Siti” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Marsel” (Fransa)
D qrupu: “Liverpul” (İngiltərə), “Ayaks” (Niderland), “Atalanta” (İtaliya), “Midtüllann” (Danimarka)
E qrupu: “Sevilya” (İspaniya), “Çelsi” (İngiltərə), “Krasnodar” (Rusiya), “Renn” (Fransa)
F qrupu: “Zenit” (Rusiya), “Borussiya” (Dortmund, Almaniya), “Latsio” (İtaliya), “Brügge” (Belçika)
G qrupu: “Yuventus” (İtaliya), “Barselona” (İspaniya), “Dinamo” (Kiyev, Ukrayna), “Ferentsvaroş” (Macarıstan)
H qrupu: PSJ (Fransa), “Mançester Yunayted” (İngiltərə), “Leyptsiq” (Almaniya), “Başakşehir” (Türkiyə)
Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına oktyabrın 20-də start veriləcək.