Ermənilərdən Saakaşviliyə qarşı etiraz – Azərbaycana görə
Gürcüstanın keçmiş prezidenti və hazırda Ukraynanın İslahat Komitəsinin rəhbəri Mixail Saakaşvilinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi məlumdur.
Saakaşvili öz mövqeyini beynəlxalq hüququn bütün subyektlərinin sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalması ilə izah edib. Yəni Saakaşvili Azərbaycanı ölkəmizə və xalqımıza rəğbət bəslədiyinə görə deyil, öz dünyagörüşü sistemi əsasında dəstəkləyir.
Saakaşvilinin çıxışından dərhal sonra Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyan onun İrəvan Dövlət Universitetinin Fəxri Doktoru adından məhrum edilməsi ilə bağlı bu ali təhsil ocağının Elmi Şurasına müraciət etmək qərarına gəlib.
Bəli, bu da erməni demokratiyası. Haqqa qarşı erməni dözümsüzlüyü özünü bir daha faş etdi.