Bu gün düşmən ordusuna endirilən zərbələr – İşğalçı belə məhv edilir

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda genişmiqyaslı döyüşlərə başlayan Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurur. Bunu Müdafiə Nazirliyinin döyüşlər başlayandan yaydığı videogörüntülərdən əyani görmək mümkündür. 

Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin bir S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

Bu gün də Müdafiə Nazirliyi Ordumuzun düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsini məhv etdiyini təsdiqləyən videogörüntülər paylaşıb. Təkcə bir zərbədə isə düşmənin 30-dan artıq canlı qüvvəsinin məhv edildiyi açıq şəkildə görünür.

Həmin videoları təqdim edirik: 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password