“Bir gözümüz gülür, bir gözümüz ağlayır” – Xalq artisti

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun düşmən təxribatını dəf etmək məqsədilə təşkil etdiyi əks-hücum nəticəsində ermənilərə sarsıdıcı zərbələr vurulur, kəndlərimiz bir-birinin ardınca erməni işğalından azad olunur. 

Ölkə ictimaiyyəti, müxtəlif peşə sahibləri müqəddəs savaşın iştirakçısı olan əsgərlərimizin haqq işini dəstəkləyir, Ordumuzla həmrəylik nümayiş etdirirlər.

Mövzu  ilə bağlı təəssüratlarını bölüşən Xalq artisti Aygün Bayramova qürur hissi keçirdiyini, tezliklə qələbənin bizim olacağını bildirib:

“Bir gözümüz gülür, bir gözümüz ağlayır. Əsgərlərimiz torpaq uğrunda öz canlarını qurban verirlər. Amma müharibədə itki mütləq olur. Son bir neçə gündə çox gözəl günlər yaşayırıq. Elə düşünürəm ki, qələbə bizimlədir, bütün  günü xəbərləri dinləyirəm, sevincimin həddi-hüdudu yoxdur. İnşallah, torpaqlarımızı o faşist millətdən azad edəcəyik”.

Xalq artisti Avropa Şurası, Avropa Birliyi və Minsk qrupu həmsədrlərinin tərəfləri atəşi dayandırmağa və sülh danışıqlarını bərpa etməyə çağırmasına sərt reaksiya verib:

“Beynəlxalq təşkilatlar öz işləri ilə məşğul olsunlar. 30  ildir hara baxırdılar?! 30 ildir ki, bu xalq səsini çıxarırdı, eşitmirdilər. İndi nə oldu bir dənə güllə atan kimi başladılar ki, atəşi dayandırın. Xeyr, atəşi dayandırmaq lazım deyil, torpaqlarımıza sahib çıxmalıyıq. Çünki biz atəşkəs elan etsək, bundan sonra da 30 il keçəcək və torpaqlarımızı ala bilməyəcəyik. Ona görə  də yalnız irəli! Mənim qardaşım uşaqları hərbi xidmətlərini başa vurublar, amma yenə könüllü cəbhəyə yollanıblar. Biri də yaralanıb, hazırda xəstəxanadadır. Qohum-əqrəbamdan nə qədər insan könüllü döyüşməyə gedib, hamısı vuruşmağa hazırdır. Lazım olsa, biz də gedəcəyik. Nə beynəlxq təşkilatı? Hansı ölkələr bizdən atəşi dayandırmağı istəyir, inanın ki, onlara nifrət edirəm, eşitmək belə istəmirəm. 30 ildir Ermənistan heç bir beynəlxalq qanuna riayət etmir bəs onda hara baxırdılar? Axır vaxtlar da Şuşada, Xsnkəndində, Ağdamda at oynadırdılar. Bunların cavabını vermək lazımdır. Biz hamımız dövlətimizin, Prezidentimizin yanındayıq. İnanın, o qədər ruh yüksəkliyi var ki, heç sosial şəbəkələrdə paylaşım etməyə belə gərək yoxdur. İnşallah, bayrağımızı Şuşada, Xankəndində asaq. Mən özüm də  o torpaqların övladıyam deyə belə emosional danışıram. Allah qismət etsin, torpaqlarımıza qovuşaq, ermənilər cəhənnəm olsunlar, Allah onların bəlasını versin! Mən onlara ancaq ölüm arzulayıram”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password