“Əgər Ermənistan Qarabağın müstəqilliyini tanıyarsa …” – Polad Bülbüloğlu

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistana sərt xəbərdarlıq edib.

Azərbaycanlı diplomat bildirib ki, “Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, bu, bütün körpülərin yandırılması deməkdir”.

“Reaksiya ən mənfi şəkildə olacaq”,- deyə RBK telekanalına verdiyi müsahibədə qeyd edib.

Diplomatın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı sərt açıqlamaları ilə onsuz da danışıqlar prosesini məhv etməyə çalışan körpüləri yandırmışdı.

“Bu faciənin günahkarı Paşinyandır. Məncə, Rusiyanı kiçik bir torpaq üzərindən Türkiyəyə qarşı itələmək cəhdi edilir. Paşinyanın komandası Qərbə yönəlib və müəyyən bir əmri yerinə yetirir”.

Türkiyənin xarici işlər naziri Mevlet Çavuşoğlunun ölkəsinin bu münaqişədə Azərbaycana kömək etməyə hazır olması ilə bağlı açıqlamasını şərh edən Azərbaycan səfiri bu cür açıqlamaların hələ heç bir məna kəsb etmədiyini qeyd edib.

“Türkiyə rəhbərliyində Rusiyanın nə olduğunu və KTMT-nin nə olduğunu başa düşən kifayət qədər praqmatik insanlar var. Niyə KTMT münaqişəyə müdaxilə etmir? Çünki döyüşlər Azərbaycan ərazisində gedir.

“Əgər KTMT müdaxilə edərsə, müttəfiqimiz Türkiyə də münaqişəyə müdaxilə edə bilər”, – deyə səfir vurğulayıb.

Bakının hədəflərini elan edən Bülbüloğlu Azərbaycanın erməniləri Qarabağdan qovmaq vəzifəsi olmadığını söyləyib.

“Əsas hədəf azərbaycanlıların da oraya qaytarılmasıdır ki, hər kəsin orada rahat yaşaya bilsin”.

Diplomatın fikrincə, münaqişənin həlli erməni bölmələrinin Azərbaycan ərazisindən çıxarılması, sərhədlərin açılması və ticarətin bərpası və daha sonra Dağlıq Qarabağın statusunun müzakirəsindən keçir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password