Xalq artisti reanimasiyaya yerləşdirildi – Oğlu danışdı
Xalq artisti Arif Babayev insult keçirərək xəstəxanaya yerləşdirilib.
Bu haqda xalq artistinin oğlu məlumat verib.
Onun sözlərinə görə, atasının vəziyyəti stabildir: “Hazırda Mərkəzi Klinika Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib. İnsult keçirib və üç gün öncə xəstəxanaya aparılıb. İnşallah tezliklə səhhəti yaxşı olar. Hazırda yanına ailə üzvləri belə buraxılmır”.