Rus mətbuatı da ermənilərin Qarabağda döyüşə getməkdən imtina etdiklərini yazdı

 

Dağlıq Qarabağa gələn Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olanları döyüşə girməkdən imtina edirlər.

Bu barədə məlumatı News.ru nəşri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlıya istinadən yayıb.

O, müxbirlərə bildirib ki, ermənilərin yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxu döyüşə qoşulmaqdan imtina edir və hərbi əməliyyatlar bölgəsini tərk edir.

Polkovnikin sözlərinə görə, Azərbaycan hərbçiləri genişmiqyaslı hərbi əməliyyat keçirərək Ermənistan ordusunun qüvvələrini məhv edirlər.

27 sentyabr səhər tezdən Azərbaycan ordusu ermənilər tərəfindən işğal edilən ərazilərimizdə bütün cəbhə boyu əks-hücuma keçib.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Martuni motoatıcı alayının “tamamilə məhv edildiyini” elan etmişdi. Polkovnik Dərgahlı düşmənin ağır itki verdiyini vurğulayıb.

News.ru yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Bakıdakı yeni səfirinin etimadnaməsini qəbul edərkən Qarabağda mülki şəxslərin ölümlərindən danışıb.

Rusiya Xarici İşlər Nazirliyi ölkələri dərhal atəşi dayandırmağa çağırıb. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya prezidenti Kremlin baş verənlərdən son dərəcə narahat olduğunu söyləyib./konkret/az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password