“BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan əleyhinə heç bir qətnamə qəbul edə bilməz”
“BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan əleyhinə heç bir qətnamə qəbul edə bilməz”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq daha sonra bunları qeyd edib: “Əksinə biz deyə bilərik ki, işğalçı qoşunların bizim ərazilərimizdən çıxıarılması ilə bağlı siz vaxtı ilə yekdilliklə 4 qətnamə qəbul etmisiniz. Onlar yerinə yetirilməlidir. Əgər bu, olarsa, BMT-nin Təhlükəsizlik Şurası bizim maraqlarımıza cavab verəcək. Amma şura yığılıb desə ki, atəşkəs və barış olsun. Biz bunu diqqətə alsaq da, riayət eməyimiz vacib deyil. Çünki bizim üçün önəmli olan əks-hücumla düşməni sülhə məcbur etmək, qoşunları ərazilərimizdən çıxarmaqdır. Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyətinə razılaşmaqdır.
Əgər, bu, olarsa, döyüş əməliyyatları dayandırıla bilər. Heç bir beynəlxalq təşkilatın və böyük dövlətlərin təzyiqləri bizi dayandıra bilməz. Bütün sənədlər bizim xeyirimizədir.
Biz bu sənədlərin icrasını istəyirik. İcra edilmədiyinə görə biz əks hücuma keçmişik. Bizim əsas məqsədimiz torpaqlarımızın düşməndən təmizlənməsini təmin etməkdir. Bizim bütün işğal olunmuş rayonlarımız boşaldılmalıdır. Xankəndində ermənilər sovet dövründə yaşayıblar. Onlar Azərbaycanın qanunlarını qəbul edib, ərazi bütövlüyümüzü tanıyırlar. Gəlmə ermənilər və silahlı terrorçuların hamısı çıxarılmalıdır. Bizim başqa alternativimiz yoxdur”.