Xankəndidə əhali zirzəmilərdə ilk gecəni necə keçirib? – DÜŞMƏN MÖVQELƏRİNDƏN REPORTAJ

“Sputnik Ermənistan”ın çəkiliş qrupu şiddətli döyüşlərin getdiyini və Xankəndidə  ilk gecənin necə keçdiyini yazmaq üçün ermənilər tərəfindən işğal edilən Qarabağa gedib.

Xankəndi sakinləri Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra ilk gecəni zirzəmilərdə keçiriblər. Ancaq bu gecə hava sirenaları olmayıb.

“Sputnik Ermənistan”ın müxbiri hadisə yerindən yazır:

“Gecə şəhərdə işıqların praktik olaraq yanmadığı Xankəndidə yalnız silah mağazası işləyib.

Sahibi mağazanın 24 saat açıq olduğunu, yalnız mallarının indi vacib məhsula çevrildiyi üçün deyil, həm də obyektin bir yaşayış binasının altında yerləşdiyini izah edib:

“Bir pilotsuz təyyarənin basqını olarsa, insanlar buna sığına bilər”.

Lakin şəhərdə ilk hərbi gecə hava sirenaları olmadan keçib. Bu vaxt təmas xəttinin Xankəndi – Əsgərana ən yaxın olan hissəsindən top səsi eşidilib.

Gecə yarısı hər şey sakit olub.

Döyüş əməliyyatları başlayandan bəri 31 erməni hərbçi ölüb, yüzdən çox hərbçi yaralanıb”./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password