Türk generaldan Ermənistana ULTİMATUM: Dərhal atəşkəs istəyənlər…

Ermənistan dərhal hücumlarını dayandırmalı, xaricdən gətirdiyi muzdlu əsgərləri və terrorçuları geri göndərməlidir. Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır.

Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı istiqamətlərdə mülki yaşayış obyektlərinə təxribatçı hücumlarını bir daha qınayıb: “Süh yolu ilə həll istəyənlər, dərhal atəşkəs istəyənlər, indi dialoqu xatırlayanlar Dağlıq Qarabağ ilə Azərbaycanın 20 faizi işğal altında ikən, Xocalıda barbarlıqla, haqq-hüquq, uşaq, qadın, qoca demədən minlərlə insan qətl edilərkən, milyonlarla insan evindən, yurdundan edilmişkən, 30 ildir harada idilər?”

 

O bildirib ki, Türkiyə və Azərbaycan kədərdə də, sevincdə də bərabərdir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password