Türkiyənin müdafiə və xarici işlər nazirliklərindən Azərbaycana birmənalı dəstək

Türkiyənin Xarici İşlər Nazirliyi Qarabağda bu gün səhərdən başlayan döyüşlər barədə bəyanat yayıb.  Türkiyə XİN münaqişə zonasında vəziyyətin növbəti dəfə kəskinləşməsinə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edir.

“Ermənistanın bu təxribatını qəti şəkildə pisləyirik. Bu təxribat beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və mülki əhali arasında itkilərə gətirib çıxarıb”,-bəyanatda bildirilir.

“Ermənistan növbəti dəfə göstərdi ki, regionda sülhə başlıca əngəldir. Biz Azərbaycana istənilən formada dəstək verəcəyik”,-Türkiyə XİN əlavə edib.

Müdafiə naziri Hulusi Akar isə bəyan edib ki, işğalçı Ermənistan atəşkəs rejimini pozaraq Azərbaycana hücum edib. “Bununla da sübut edib ki, hələ də təxribat axtarır. Ermənistanın aqressiv mövqeyi regionda sülhə və sabitliyə ən böyük əngəldir, bu ölkə regionu alovlandıracaq təcavüzü dərhal dayandırmalıdır”,-müdafiə naziri bildirib.

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password