Azərbaycanın bir sıra strateji yüksəklikləri, kəndləri işğaldan azad edildi

Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib.

Aktualinfo.org xəbər verir ki,bununla bağlı Müdafiə Nazirliyinin brifinqində məlumat verilib.

Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub.

Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qaradiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib.

Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

Qeyd edək ki,bunları Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov AzTV-nin canlı efirində deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password