Minlərlə şirkət Tramp administrasiyasını məhkəməyə verdi

 

Tesla, Ford Motor, Target, Walgreen və Home Depot daxil olmaqla təxminən 3500 Amerika şirkəti ABŞ Prezidenti Donald Tramp administrasiyasını məhkəməyə verib.

Onlar hesab edirlər ki, federal səlahiyyətlilər Çin mallarına görə rüsumları qanunsuz olaraq artırıb.

Məlumatı 26 sentyabr şənbə günü Amerikanın Səsi yayıb.

ABŞ-ın ticarət üzrə nümayəndəsi Robert Lighthizer və ABŞ-ın Gömrük-Sərhəd Xidməti müttəhim olaraq göstərilir.

İddiaya görə, ABŞ rəhbərliyi tariflərin tətbiqi üçün əvvəlcədən qoyulan qaydaları pozub və bir sıra prosedurlara başlayıb.

Tramp administrasiyası, öz növbəsində bunun vacib olduğunu deyir: “Çünki Çin ABŞ-ın intellektual mülkiyyətini oğurlayır və ABŞ şirkətlərini Çin bazarında fəaliyyət göstərmək hüququ müqabilində texnologiyalarına çıxış təmin etməyi məcbur edir”.

Sentyabr ayında Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ABŞ-ın Çinlə ticarət müharibəsi çərçivəsində Çin mallarına rüsumları artıraraq qlobal ticarət qaydalarını pozduğu qənaətinə gəlib.

Xatırladaq ki, həftənin əvvəlində ABŞ ÜTT-də Çin mallarının ABŞ-a 2018 və 2019-cu illərdə idxalına görə rüsumların artırılması ilə bağlı ticarət mübahisəsini Çinə uduzub.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Çinlə danışıqları təxirə salmağa qərar verib, çünki Ağ Ev rəhbərinin sözlərinə görə Pekin Uhanda başlayan koronavirus pandemiyasında günahkardır./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password