Lukaşenko bəzi ölkələrin qınaqlarına cavab verdi: “Yalnız bir tənqid var, guya gizli keçirmişik”

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Çinin Belarusdakı səfiri Cui Qimin ilə görüşündə bir gün əvvəl baş tutan gizli inauqurasiyaya görə bəzi ölkələrdən gələn töhmətləri şərh edib.

Bu haqda məlumatı BELTA agentliyi yayıb.

“Xüsusilə, təəccüblüdür ki, bunu qonşular edib. Qonşular Tanrıdandır, onlar seçilmirlər və biz birlikdə yaşamağa, dost olmağa məhkumuq. Ancaq məlum olur ki, bu, həmişə belə deyil. Qonşu dövlətlər, xüsusən Polşanın hansı mövqedə olduğunu bilirsiniz. İrad tuturlar ki, dünənki andiçmə mərasimi haqda polşalılara, litvalılara, ukraynalılara, çexlərə və ya başqalarına informasiya verməmişik” deyib.

“Yaxşı, mənim fikrimcə, Belarus qanunlarına görə, Qərb dövlətlərindən kimisə xəbərdar etmək məcburiyyətində deyilik. Bu, ölkəmizin daxili işidir. Və yalnız bir tənqid var. Guya gizli keçirmişik. Bilirsiniz, andiçmə mərasiminə hərbçilərlə birlikdə təxminən 2 min nəfər dəvət olunmuşdu. Və bunu gizli saxlamaq praktik olaraq qeyri-mümkündür” deyib Lukaşenko.

Dövlət başçısının andiçmə mərasimi sentyabrın 23-də Minskdə baş tutub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password