Kəbənin təhlükəsizliyinə kimlər cavabdehdir?

Bir faktı oxucularımızla bölüşmək qərarına gəldim. Bəlkə də bu faktı çox az insan bilir. Çünki çoxları yəhudiləri müsəlmanların düşməni kimi tanıyıb, hətta bəziləri onlara nifrət edir desəm, yanılmaram. Amma gerçəkdən bəzən çox şey görünüb, bilindiyi kimi olmur.

İndi sizə deyəcəyim bu fakt kimi.

Düzü, qeyd edim ki, mən özüm üç dəfə Həcc ziyarətində olub, hətta dəfələrlə yazılar yazıb, reportajlar hazırladığım halda, bu faktdan xəbərsiz idim. Amma 2010-cu ildə İsrail səfərimdə bu faktı eşitdim, lakin tam əmin ola bilmədiyim üçün susmuşdum. O vaxt İsrail məmurlarından söhbət əsnasında eşitmişdim ki, Kəbə evinin təhlükəsizliyini onlar təmin edir. Ancaq bu, mənə qəribə gəlmişdi. Ona görə dördüncü dəfə Səudiyyə Ərəbistanına, Ər-Ryada, Kəbəyə gedəndə bir jurnalist kimi bu faktı öyrənməyə çalışdım. Bəli, araşdırmalarımdan sonra məlum oldu ki, həqiqətən də Kəbə evinin təhlükəsizlik sistemini məhz İsrailin ən məşhur şirkətlərindən biri olan «Al-Majal G4S» qoruyur. Bu şirkətin yüzlərlə işçisi var. Onlar Kəbə evinin ərazisində kompüterləri elə quraşdırıblar ki, nəinki insanları, göydəki quşları, yerdəki qarışqaları belə aydın görə bilirlər. İsrailli mütəxəssislərə də köməkliyi sözügedən ölkənin rəsmi nümayəndələri edir. Bu işə xüsusilə də Həcc mövsümü zamanı minlərlə işçi, xüsusi təyinatlılar cəlb olunurlar. Lakin geyimləri ərəblərin öz milli geyimlərindən ibarət olur. Səbəb tanınmamaları, diqqət çəkməmələri üçündür ki, onlar ziyarətçilərin arasında zəvvar kimi sərbət hərəkət edərək nəzarət edə bilsinlər.

Məlum olduğu kimi, pandemiya ilə əlaqədar olaraq bu il Kəbə evi zəvvarların üzünə bağlı oldu. Lakin ötən il 6 milyon 553 min zəvvar Kəbəni ziyarət etmişdir. Bu sayı artırmaq məqsədilə son 3-4 il ərzində Səudiyyə Krallığı nəzərə çarpacaq dərəcədə Kəbə evinin sahəsini genişləndirmiş, yüksək səviyyədə təmir və abadlıq işləri aparmışdır.

Kəbə evinin özünü və ərazisində olan bir çox məşhur butiklərin, qızıl dükanlarının və bahalı otellərin xüsusi nəzarətini də məhz «Al-Majal G4S» şirkəti öz üzərinə götürüb.

Onların bu mükəmməl işi sözün gerçək mənasında təqdirəlayiqdir. 2010-cu ildən etibarən tam şəkildə Kəbənin təhlükəsizliyini təmin edən şirkət bunun qarşılığında öz zəhmət haqlarını artıqlaması ilə alırlar. Belə ki, hər il Həcc mövsümündə əldə edilən ümumi gəlirin 45 faizinə məhz yəhudilər sahib olur.

 

Rövşanə Nağıyeva

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password