Türkiyə Qarabağda erməni-PKK planını açıqladı – “Məqsəd…”
Bölgədə sülhə və sabitliyə qarşı YPG/PKK-Ermənistan əlaqələrinin mövcudluğu sirr deyil. Bu əməkdaşlıq müxtəlif formada özünü göstərir. Onların birgə fəaliyyətini sübuta yetirən faktlardan biri Türkiyənin şərq və şimal-şərq hissəsində baş verən terror hadisələrində Ermənistanın rol almasıdır. Bu terrorçular İrandan keçməklə Türkiyədən Ermənistana girir. Burada yenidən təşkilatlatlanır və Türkiyəyə sızır. Belə mənzərəni biz terrorla mübarizə tariximizdə çox görmüşük. Ən son Suriyada qanunsuz terror şəbəkələrinin əməkdaşlığında bu özünü göstərdi. Emənilər də burada idi, hətta PKK-erməni taburu qurduqlarını da elan etdilər.
Bu sözləri Türkiyənin təhlükəsizlik eksperti Abdulla Ağar Ermənistan-PKK əlaqələri haqqında danışarkən deyib.
Ermənistan tərəfindən tətbiq edilən proqramın gizli olmadığına diqqət çəkən Ağara görə, bir çox terrorçular ailələri ilə birlikdə Qarabağda yerləşib: “Bununla həm də bölgənin quruluşunu pozmağa çalışırlar. Suriyadan PKK terrorçularının Qarabağ başda olmaqla işğal rayonlarına gətirildiyini görürük. Təkcə terrorçular deyil, onların ailəsinin də oraya aparıldığı məlumdur. Azərbaycanın sahib olduğu torpaqlara zorla sahiblənməyə, bölgənin demoqrafik vəziyyətini dəyişməyə çalışırlar. Bununla bağlı nümunələr var.
Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi başda olmaq üzrə bir çox rəsmi təmsilçi bunları Türkiyəyə açıqlayıb. Ad-ad, ailə-ailə… Belə bir mərhələ həyata keçirilir”.
Təhlükəsizlik ekspertinin fikrincə, belə bir məkrli planla əslində Azərbaycan və Türkiyəyə təhdid yaratmağa, həmçinin qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında fiziki bağı qopartmağa çalışırlar: “Türklərə və müsəlmanlara məxsus torpaqarın bu formada ələ keçirilməsinə dair siyasət, demoqrafik dəyişiklik cəhdləri var. Türkiyə və Azərbaycan arasında tampon bölgə qurmaq, aradakı bağları qoparmaq üçün bunu edirlər. Bu plan keçmişdə də olub, indi də davam edir. Ermənistan hazırda PKK ilə əməkdaşlığı içərisindədir”.
Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğuna diqqət çəkən Abdulla Ağar qeyd edib ki, bu ərazilər əsl sahibinin olmalıdır: “Bu işğalın və çirkin planın qarşısını almaq vacibdir. Məqsəd ilk öncə torpaqları sahibsiz hala gətirmək, sonra öz yandaşlarına sahib çıxacaq şəkildə zəmn hazırlamaqdır. Biz belə proyektləri keçmiş zamanda da görmüşük, indi də görürük. Önəmli olanı buna maneə olmaq, bunu əngəlləməkdir.
Ən əhəmiyyətli məsələ Qarabağ və yeddi rayonun təkrar Ermənistanın əlindən alaraq əsl sahiblərinə – azərbaycanlılara verilməsidir. Bura Azərbaycan torpağıdır. Bu torpaqların bu şəkildə Ermənistanın əlində qalmasına icazə vermək buranın PKK-laşdırma, erməniləşdirmə üçün assimlyasiya edilməsinə və bağın qoparılmasına göz yummaqdır. Buna imkan verilməməlidir”./teleqraf.com/