Rusiyalı ekspertlər: “Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə başlaya bilər”

“Dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin “donu” genişmiqyaslı hərbi əməliyyatlarla açıla bilər”.

Bunu Rusiya bürosuna politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan-Ermənistan sərhədindəki  vəziyyəti şərh edərkən deyib.

“Biz burada uzunmüddətli dondurulmuş danışıqlar prosesini görürük, belə olanda isə hərbi əməliyyatların keçirilməsi ehtimalı yüksəlir. Üstəlik, qoşunlar geri çəkilmir, çünki Ermənistan danışıqlarda heç bir güzəştə getmir. İndi Ermənistanın müharibəyə hazırlaşdığını görürük. Bu illər ərzində Dağlıq Qarabağ ətrafındakı ərazilər bir növ hansısa sülh razılaşmaları çərçivəsində mübadilə üçün boş saxlanılmışdı. İndi isə onların demoqrafik mənimsənilməsinə başlandığı göz qabağındadır, başqa sözlə, Ermənistan heç bir kompromisə getmək niyyətində deyil”, – rusiyalı ekspert hesab edir.

S.Markov həmçinin Ermənistanın silahlı qüvvələrinə PKK yaraqlılarını fəal şəkildə cəlb etməyə başladığını da qeyd edib: “Kürd Fəhlə Partiyasının (PKK) silahlı bölmələrinin Ermənistana keçdiklərinə dair məlumatlar var. Bu, Türkiyə üçün çox vacib ola bilər. Türkiyənin terror təşkilatı kimi qəbul etdiyi PKK dəstələrinin meydana çıxması türkiyə üçün Azərbaycana tamhüquqlu hərbi yardım göstərmək fürsəti yaradır”.

Rusiyalı politoloq noyabr ayında – bütün dünyanın ABŞ-da seçkilərdən sonra mümkün toqquşmalarla məşğul olacağı dövrdə bölgədə genişmiqyaslı hərbi əməliyyat keçiriləcəyini də istisna etməyib.

Öz növbəsində, rus politoloq, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev əslində Azərbaycanla Ermənistan arasındakı müharibənin heç dayanmadığını düşünür: “Sadəcə gərginliyin və münaqişənin eskalasiyasının dərəcəsi fərqli olub, gah artıb, gah da azalıb. Əvvəllər müharibə olmadığını söyləmək, ancaq indi başladığını söyləmək vəziyyətin bir qədər səhv qiymətləndirilməsi olardı”.

“Cəbhə var, atəş xətti var, müxtəlif dərəcəli intensivliklə atəş xəttində döyüşlər gedir. Son vaxtlar müşahidə etdiyimiz münaqişənin kəskinləşmə dərəcəsindəki artım daha genişmiqyaslı döyüş əməliyyatlarına keçidə səbəb ola bilər. Yəqin ki, hansısa “partlama” olacaq”, – A.Perenciyev hesab edir./report.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password