Qərb bölgəsində İcra Hakimiyyətləri yanında İctimai Şuranın fəaliyyətinə institusional dəstəyin verilməsinə starat verilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qazax Regional İnkişaf Resursları İctimai Birliyi “Şəmkir Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın fəaliyyətinə institusional dəstəyin verilməsinə dair təşəbbüslər” layihəsinin icrasını başlamışdır.
Aktualinfo.org xəbər verirki,layihənin keçirilməsində məqsəd Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin hədəflərindən biri,regionda yeganə fəlaiyyət göstərən Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın (Şura) fəaliyyətinə dəstək verməkdir. Mahiyyət etibarı ilə Qərb bölgəsində İcra Hakimiyyətləri yanında İctimai Şuraların ictimai nəzarətin gücləndirilməsi üçün ümumi məqsədlərinə nail olmasına və həyata keçiriləcək işlərin cəmiyyətə hiss olunan dərəcədə müsbət nəticələr gətirməsinə təşəbbüs göstərməkdir.
Eyni zamanda layihə çərçivəsində İctimai Şuraların regionda yaradılması və aktivləşməsi üçün ətraf rayonlarda təlimlər təşkil etmək planlaşdırılmışdır. Şuranın ictimayyətlə institusional əməkdaşlığının qanunvericilik çərçivəsində digər mexanizmlərini bu kimi birgə niyyətlərin təzahürü kimi qəbul etməkdir.
Layihə çərçivəsində və sonra İctimai Şuralar yaradıldıqda və fəaliyyətini gücləndirdikdə yerli icra strukturlarının fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində mühim vəzifə ola bilər, onların imicinin dəyişməsinə, şəffaflığın qorunmasında kömək edər. Eyni zamanda onlar tərəfindən hazırlanan qərarların daha keyfiyyətli olmasına, səmərəli icrasına böyük imkanlar yarada bilər.
Ictimai Birlik olaraq regionda bir neçə İcra Hakimiyyətləri yanında Şuraların yaradılması və fəaliyyətlərini gücləndilməsinə nail olunarasa rayonlarda ictimai nəzarətin daha da gücləndirilməsinə, şəffaflıq və hesabatlılığın bir qədər də artırılmasına gətirib çıxara bilər. Bu gün ölkədə aparılan siyasətin əsas priortetlərindən biri də budur. Ölkədə devalivasiyanın olduğu bir zamanda ictimai maarifləndirmə, ictimai şuraların təkmilləşdirilməsini vacib amillərdən biri kimi hesab edilir.
Bununla bağlı layihə çərçivəsində monitorinqlər aparılması da planlaşdırılır. Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərindən biri də hesabatlılığın və şəffaflığın artırılmasıdır. İctimai iştirakçılıq günümüzün prioritet sahələrindən biri hesab olunur.