“Qarabağ danışıqlarında Paşinyanın bir kisə günahı,İlham Əliyevin isə tankı görünür” – Armen Aşotyan

 

Nikol Paşinyan hər şeyə cavab verməlidir.

Bu fikirləri Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan səsləndirib.

“İstintaq komissiyası yaradılmalı, Nikol Paşinyanın baş nazir olduğu dövrdə nələrin baş verdiyi araşdırılmalıdır, çünki o vaxt ölkədə normal parlament var idi”. Armen Aşotyan bu gün jurnalistlərlə görüşü zamanı belə deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamaları Nikol Paşinyanın maskasını qoparır.

Armen Aşotyan Qarabağ ətrafında baş verən proseslərdən çox narahat olduğunu vurğulayıb.

“İlham Əliyevə cavab vermək əvəzinə Nikol Paşinyanın faydasız mühazirələrini dinləyirik. Ermənistanın xarici işlər naziri isə emosional nitq söyləyərək Azərbaycan lideri Əliyevin çıxışına münasibət bildirmir, bu mövzunu Azərbaycan tərəfinin müzakirəsində saxlayır. Bu, sadəcə absurddur” deyib.

“İlham Əliyevin açıqlamalarının arxasında tank və silahlar görünür” deyib.

“Müharibə başlasa, günah Ermənistanın üzərinə düşür”. Armen Aşotyan İlham Əliyevin sözlərindən sitat gətirir.

Partiya sədrinin müavini vurğulayıb ki,  hazırda Azərbaycan təbliğatı qalib gəlir.

“Bilirsən niyə? İndi görün nə qədər media qurumu efirdədir. Hökumət Əliyevə cavab vermək əvəzinə haqqımda feyk materiallar yayır. Nikol Paşinyan Qarabağ danışıqlarında o qədər günah yığıb ki,  təmizlənə bilməyəcək, o günah kisəsini götürüb getməlidir”, deyə Armen Aşotyan yekunlaşdırıb./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password