“Biz bilirik, nələr baş verir…” – Prezidentdən önəmli mesajlar

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Prezident mərasimdən sonra  televiziya jurnalistlərinə geniş müsahibə verib. Müsahibədə Prezident Azərbaycanın müstəqilliyini əldə etməsinin önəmini bir daha vurğulayıb.

Uzun illər ərrzində ölkəmizin sərvətinin Rusiya tərəfindən istismar edilməsinə işarə vuraraq, müstəqilliyin əldən getməsinin Azərbaycanın iqtisadi inkişafının da qarşısını aldığını qeyd edib:  “Çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi…Əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 20-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi…

Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi.” -deyə Prezident vurğulayıb.

Dövlət baçısı sovet hakimiyyəti illərini təbliğ edənlərin də çirkli məqsədlərə xidmət etdiyini bildirib.

“Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri belə məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, bizim müstəqilliyimiz də o qədər möhkəm olacaqdır” -deyə, Prezident bildirib.

Prezident İlham Əliyevin  müsahibəsində daha bir məqam diqqəti cəlb edir. Burada Prezident Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında şifrəli mesaj verib

O həm ictimaiyyətə, həm də opponentlərinə – düşmənlərimizə xitabən “Biz bilirik, bizim ətrafımızda nələr baş verir, bizim xüsusi xidmət orqanlarımız çox səmərəli işləyirlər”, – deyib.

 Göründüyü kimi, bu ümumi ismarıcdan sonra Prezident “…bundan artıq deyə bilmərəm”, – deyə,  gülümsəyir və qalib əda ilə başqa mövzuya keçir…

Burada həm dosta, həm də düşmənə verilən, hər kəsin öz payını götürə biləcəyi önəmli mesajların olduğu şübhəsizdir. Prezident öz iqtidarının mühüm bir elementini təsadüfən bu cür səxavətlə tərifləməz. Önəmli bir fəaliyyət, xüsusi bir nəticə olmasaydı, ondan razılığını bu cür açıq ifadə etməzdi.

Regiondakı gərgin vəziyyət, Rusiyanın Ermənistana külli miqdarda silah göndərməsi, erməni silahlı qüvvələrinin aktivləşməsi  fonunda Prezidentin bu fikirləri düşmənlərə mesaj sayıla bilər…

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password