“İtirəcəyimiz heç bir şey yoxdur, onsuz da batırıq” – Geyim idxalçıları Paşinyana etiraz etdilər

İrəvan yarmarkalarında işləyən geyim alverçiləri və idxalçıları nöqtələrini bağlayıblar və Ermənistan hökumətinə etiraz ediblər.

Bir neçə yüz nəfər paltarların gömrük rəsmiləşdirilməsinə dair yeni bir proseduru müzakirə etmək üçün Baş nazir Nikol Paşinyanla fərdi görüş tələb edir. Digər dövlət rəsmiləri ilə görüşməkdən imtina edirlər.

Sahibkarlar Dövlət Gəlir Komitəsinin dövlət rüsumunun artırılmasına qərar verərkən bir sıra amilləri nəzərə almadığına inanırlar. Söhbət yarmarkalarda bir çox nöqtənin bağlanmasından və vergi gəlirlərinin azaldılmasından gedir. İkincisi, treyderlər anbarların lazımi avadanlıqlarla təchiz olunmadığını söyləyiblər. Üstəlik, bu binalardakı sanitar və gigiyenik vəziyyət arzuolunan deyil və mallar gömrük rəsmiləşdirilməsi mərhələsində onsuz da xarab olur. Üçüncüsü, pandemiyanın iqtisadi nəticələri böyük rüsumların ödənilməsini mümkünsüz edib, satıcıların bəziləri onsuz da iflas həddindədir.

“Əvvəlki kimi vergi islahatının ləğv edilməsini tələb etmirik, sadəcə təxirə salınmasını istəyirik. Vəziyyəti şəxsən baş nazirə təqdim etməyimiz vacibdir ki, düzgün məlumat alsın”. İdxalçılar belə deyib.

Satıcılar, yeni gömrük rəsmiləşdirmə prosedurunun mütləq paltarların bahalaşmasına səbəb olacağını, bu səbəbdən cəmiyyətin bütün təbəqələrinə təsir edəcəyinə diqqət çəkirlər. Hökümət yaxınlığında müddətsiz aksiyalar keçirməyə hazırdırlar və hər gün daha çox insanın onlara qoşulacağını, yarmarkalarda və ticarət mərkəzlərində tətillər başlayacağını bildirirlər.

“Artıq ciddi itkilər verdik. Mart ayından bəri heç bir şey satmadıq. Qorxacaq bir şeyimiz yoxdur, onsuz da batırıq”. Etirazçı bildirib.

Bundan əvvəl Dövlət Gəlir Komitəsinin rəhbəri Edward Ovannisyan idxalçılarla görüşüb və Komitənin sağlam bir müzakirəyə hazır olduğunu təmin edərək onları konstruktiv dialoqa çağırıb. Malların gömrük dəyərini müəyyənləşdirmək üçün mütəxəssislərin bu malların ixracatçı ölkədəki bazar dəyərini araşdırdığını, yerli pərakəndə ticarət mərkəzlərini izlədiyini, malların idxal olunduğu ölkədə bu məhsul üçün ödənilə biləcək minimum qiymətləri müəyyənləşdirdiyini söyləyib.

Qeyd edək ki, sentyabrın 1-dən etibarən xaricdən gətirilən paltarlar beynəlxalq standartlara uyğun olaraq “gömrükdən keçir”. Əvvəllər idxalçılar “gömrük rəsmiləşdirilməsi” zamanı 7 kq üçün 3,25 dollar ödəyirdilər və 1 sentyabrdan etibarən hər satın alınan məhsul üçün ayrı-ayrılıqda gömrük rəsmiləşdirməli olacaqlar. Bu halda gömrük vergisi hər bir malın dəyərinin təxminən 30% -ni təşkil edəcək./konkret.az/

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password