Sabah teatr tariximizdə ilk olacaq
Sentyabrın 18-də Şamaxıda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sara” adlı yeni tamaşanın premyerası baş tutacaq.
Açıq havada təşkil olunan tamaşa “Apardı sellər Saranı” xalq dastanının motivləri əsasında hazırlanıb. Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, “Tərəqqi” medalı ilə mükafatlandırılan Aydın Quliyev və başqaları yer alıb.
Tamaşa Azərbaycanda ilk dəfə olaraq canlı dekorasiyadan istifadə edilərək nümayiş olunacaq.
Tamaşa hazırlanan zaman Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimiylə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb, qaydalara əməl olunub.
Qeyd edək ki, layihə rəhbəri Səxavət Məmmədov, tamaşanı səhnələşdirən Bəhram Osmanov, quruluşçu rejissor Cavid Təvəkküldür.