“Sərt karantin rejiminə qayıtmaq arzuolunan deyil” – Deputat

Orta və ali məktəblərdə tədrisin bərpa edilməsi, metronun fəaliyyətinə icazə verilməsi, habelə iaşə xidmətinə qoyulan qadağaların götürülməsi koronavirusa yoluxmaların sayını yenidən artıra bilər.

ABŞ, Fransa, İspaniya kimi ölkələrin təcrübəsi göstərir ki, məhdudiyyətlərin azaldılması mənfi təsirlərini dərhal göstərir. Karantin rejiminin yumşaldıldığı qonşu Gürcüstanda da koronavirusa yoluxanların sayı artmaqdadır. Bu gün qonşu ölkədə 196 yeni yoluxma faktı qeydə alınıb ki, bu da son ayların ən yüksək rəqəmidir. Bu səbəbdən hökumət bəzi məhdudlaşdırıcı tədbirlər elan edib.

Azərbaycanda ötən günlə müqayisədə xeyli artım var. Operativ Qərargahın açıqladığı statistik rəqəmlərə görə, COVID-19 infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi, seçicilərə  müraciət etdi

Yoluxmaların artması sərt karantin rejimin tətbqini yenidən gündəmə gətirə bilərmi? Deputat Vüqar Bayramov hesab edir ki, Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil. “Artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur. Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir. Bu baxımdan, növbəti mərhələdə də yeni stadartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədə uyğun olardı”, – millət vəkili vurğulayıb.

V. Bayramov hesab edir ki, pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunadır: “Bu kontekstdən işləməsinə hələlik icazə verilməyən sahibkarlq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir”./azpolitika.info/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password