“Ermənistan bu gün müstəqil dövlət deyil,maraqlar üçün alətdir” – Xələf Xələfov

 

Ermənistan XİN rəhbərinin Qahirədə verdiyi açıqlama hər zamankı kimi təxribat xarakterlidir.

Bunu Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin keçirdiyi “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” vebinarında danışarkən deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın təkcə Azərbaycana qarşı yox, həm də regiona qarşı təxribatıdır:

“Siz söyləyə bilərsinizmi ki, Ermənistanın hansısa rəsmisi müəyyən bir ölkədə, beynəlxalq tədbirdə olan zaman Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalara əl atmasın? Ermənistan hər fürsətdə öz qonşularına qarayaxmadan istifadə edir və təcavüzkar siyasətini nümayiş etdirir. Bu da növbəti qarayaxma kampaniyasıdır və bunun əsas məqsədi Azərbaycan və Türkiyəyə qarşı mövcud olan təcavüzkar siyasətini ört-basdır etməkdir.

Hər zaman sülh danışıqlarında substantiv addımlar atmaq vaxtı gələndə onlar növbəti təxribat və hücumlara əl atırlar ki, 30 ildir işğalda saxladıqları Azərbaycan torpaqlarının sülh yolu ilə geri qaytarılması məsələsi gündəmə gəlməsin. Bu gün Ermənistanın yürütdüyü siyasət qonşulara qarşı tam ərazi iddialarını güdən düşmənçilik siyasətidir”.

X.Xələfov deyib ki, Azərbaycan və Ermənistanın beynəlxalq siyasətdə sahib olduğu çəkini hamı yaxşı bilir:

“Ermənistan bu gün müstəqil dövlət deyil, ayrı-ayrı beynəlxalq qüvvələrin xarici siyasət və maraqlar üçün alətdir. Ona nə tapşırıq verilirsə, bunu yerinə yetirmək üçün bəyanatlar verir və addımlar atır. Ermənistanın bu siyasətinin tezliklə Türkiyə-Azərbaycan həmrəyliyi sayəsində və dost dövlətlərin beynəlxalq səviyyədə göstərdikləri səylər nəticəsində qarşısı alınacaq”.

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password