Rusiya Aşqabadda rusdilli siniflərin bağlanmasına görə Türkmənistana nota verib

Rusiyanın Xarici İşlər Nazirliyi Aşqabadda məktəblərdə rusdilli siniflərin bağlanması ilə bağlı Türkmənistana nota verib.

Bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat yayıb.

“Rusiya XİN-də Aşqabadda yeni təhsil ilinin başlanması ərəfəsində məktəblərdə rusdilli siniflər sanitar-gigiyenik normalara riayət olunmasının vacibliyi ilə əlaqədar bağlanmasına diqqət yetirilib. Aşqabaddakı Rusiya Səfirliyi Türkmənistan tərəfinə məlum məsələyə aydınlıq gətirmək üçün müraciət edib. İndiyə kimi cavab almayıb. Bununla əlaqədar Rusiya XİN Türkmənistan XİN-ə Türkmənistanda rus dilinin, Rusiyada türkmən dilinin öyrənilməsinin təşviqini təmin edən iki ölkə arasındakı 2002-ci il 23 aprel tarixli dostluq və əməkdaşlıq haqqında Müqaviləyə cavab verən rus dilli siniflərin bərpa edilməsi məqsədi ilə vəziyyətə aydınlıq gətirilməsi üçün nota göndərib.

Ümid edirik ki, Türkmənistan tərəfi iki ölkə arasında dostluq münasibətləri ənənələri ruhunda ölkədə rus dilində təhsil sferasının ixtisarına imkan verməyəcək”, – deyə Rusiya XİN məlumatında qeyd olunub./apa/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password