İrəvanın mərkəzində yenidən xaos – “Qazel”lər şəhərə qayıtdı, küçə ticarəti tüğyan edir…

 

“Qazel”lər və taksilər İrəvanın mərkəzinə qayıdaraq paytaxtdan ölkənin bölgəsinə və geriyə daşınma həyata keçirirlər.Bu barədə Ermənistanın “Irates” qəzeti yazır.

“Xatırladaq ki, İrəvanın keçmiş meri Karen Karapetyanın dövründə bu nəqliyyat vasitələrinin şəhərin mərkəzinə girişi və dayanması qadağan edilmişdi.

Bütün bunlarun İrəvanın ətrafına köçürülməsi paytaxtda nəqliyyatın yaxşılaşdırılmasına kömək edib.

O vaxt səs-küy yaransa da həyat qərarın doğru olduğunu göstərib. Əvvəla, şəhər mərkəzi müxtəlif “Qazel”lərdən qurtulub və şəhər nəqliyyatının gediş-gəlişi çox asanlaşıb.

Ancaq yeni hökumət üçün nizam-intizam çox yad bir anlayışdır. Hər sahədə idarəolunmaz bir xaos olmalıdır və bu baxımdan əlbəttə ki, “Qazel”lərin geri dönüb şəhərin mərkəzində saatlarla dayanması çox məntiqlidir.

Eyni şey küçə ticarəti üçün də deyilə bilər. Yenə də Karen Karapetyanın, daha sonra Taron Markaryanın dövründə bu xoşagəlməz hadisədən qurtulduq, lakin bu gün səkilərdə yenidən antigigiyenik bir vəziyyət hökm sürür. Toz, zibil və nəqliyyat tullantılarının arasında ticarət tüğyan edir.

Balıq,meyvə, pendir və göylər bir-birinin yanında satılır. İrəvan meri qanunsuz küçə ticarətinin aradan qaldırılması üçün iradə və mexanizmlərə sahibdirmi? Həyat bunun olmadığını göstərir” deyə qəzet bildirib./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password