Arif Qasımov Nizami rayonunu indi də öz ofisindən idarə edir
Arif Qasımov Nizami rayonunu indi də öz ofisindən idarə edir – Müavinlərin keçmiş başçı ilə gizli görüşündə hansı planlar cızılır?Arif Qasımov Nizami rayonundan əl çəkmək istəmir – Müvinlərin keçmiş başçı ilə gizli görüşlərində hansı planlar cızılır? – Tariyel, Qərib, Ramsin, Vaqif dördlüyünün təhlükəli oyunu…
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, “Arif Qasımov Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsinə baxmayaraq, bu gün də rayona qeyri-rəsmi olaraq rəhbərlik edir, qurumun rəhbər şəxslərinin fəaliyyətinə müdaxilələr etmək, göstərişlər verməklə ciddi qanun pozuntusuna yol verir”.
Bunu Nizami rayon İcraHakimiyyətindən adının çəkilməsini istəməyən mənbə bildirib. Onun sözlərinə görə, Arif Qasımov rəsmən başçı vəzivəsində olarkən hansı şəkildə fəaliyyət göstəribsə, bu gün də eyni qaydada işini davam etdirir: “Əlbəttə, bütün bunlardan ölkə rəhbərliyinin xəbəri yoxdur. Arif Qasımov işdən azad olunanadan sonra rayon ərazisində – İcra Hakimiyyətinin binası yaxınlığında özünə tikdridiyi dəbdəbəli ofisə yerləşib. Bu binaya həm də “Qasımov qalası” deyirlər. Fərq yalnız odur ki, dünənə qədər göstərişlərini İcra Hakimiyyətinin binasındakı kabinetindən verirdi, bu gün rayonu şəxsi ofisindən idarə edir. Əminik ki, onun hazırda nümayiş etdirdiyi özbaşınalıqdan ölkə rəhbərliyi xəbər tutarsa, bu, Qasımov üçün daha ağır nəticələrə gətirib çıxara bilər. Amma görünür, keçmiş başçı hansı ciddi xətaya yol verdiyinin fərqində deyil. Yaxud, belə anlaşılır ki, işdən azad olunandan sonra həbs olunma ehtimallarının əksinə olaraq sərbəst qalması, A.Qasımova xeyli rahatlıq verib və bu səbəbdən də yeni başçı təyin olunana qədər Nizami rayonundan əl çəkmək istəmir. Təsəvvür edin, iş o yerə çatıb ki, İcra Hakimiyyətinin rəhbər şəxsləri, yəni Arif Qasımovun komandasına daxil olan şəxslər az qala hər gün dediyimiz ofisə baş çəkir, orada keçmiş başçıya hesabatlar verir və yeni göstərişlər alırlar”.
Mənbə iddia edir ki, Arif Qasımovun işdən azad olunması onun komandasının üzvlərini çirkin əməllərdən çəkindirməyib. Deyilənə görə, A.Qasımov müavinləri olmuş və hazırda vəzifə başında olan şəxslərin vasitəsilə rayonda tikinti və torpaq məsələlərinə dair yarımçıq qalmış işləri öz xeyrinə həll etməyə çalışır:
“Arif Qasımovun müavinləri hər gün gözümüzün qarşısında qeyri-qanuni göstərişləri yerinə yetirirlər. Vətəndaşlar incidilir, şikayətlərə baxılmır. Hətta şübhələr var ki, köhnə tarixlərə sərəncamlar da hazırlayırlar. Ümumiyyətlə, Arif Qasımov rayona rəhbərlik etdiyi müddətdə çox sayda qanundankənar davranışlara yol verib. Rayonu öz şəxsi təsərrüfatı kimi idarə edib və heç şübhəsiz ki, işdən azad olunması ona bir sıra məsələləri tam şəkildə başa çatdırmağa imkan verməyib. Görünür hazırda iş başında olan komandasının üzvlərinin əli ilə həmin məsələlərə əncam çəkməyə və ya köhnə zibillləri təmizləməyə, ört-basdır etməyə çalışır. Biz ümid edirdik ki, müvafiq qurumlar Nizami rayon İcra Hakimiyyətində yoxlamalara başlayacaqlar. Lakin gözləntilərimizin əksinə olaraq Arif Qasımovun fəaliyyətini araşdırmağa maraq göstərilmədi. Halbu ki, o, böyük qalmaqalla, rüsvayçılıqla işdən azad olunmuşdu. Hörmətli Leyla xanım Əliyevanın abadlaşdırdığı parkda Arif Qasımovun oğluna restoran tikdirməsi onun hansı həddə qədər “şişdiyinə” açıq işarə idi. Lakin, nədənsə Qasımovun rayona rəhbərlik etdiyi dövrü təftiş etmək heç kəsin yadına düşmür. A.Qasımovun özü bunu “Yuxarılara haqq-hesab çatdırması” ilə əlaqələndirir. Hər halda müavinləri əməkdaşlara deyirlər ki, Arif müəllimə kimsə nəsə edə bilməz, o, “yuxarılarla işini həll edib”.
Mənbənin sözlərinə görə, A.Qasımovun qeyri-rəsmi göstərişlərini canla-başla yerinə yetirən əsas adamlardan biri İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirovdur. Bu o adamdır ki, Qasımov vəzifədə olarkən onun “qara kassası” kimi tanınırdı. Əksər qanunsuzluqlarda T.Tahirovun böyük iştirak payı var: “Arif Qasımovun bügünkü ofis heyətinin digər əsas üzvləri isə başçının birinci müavini Qərib Məmmədov, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev və Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Vaqif İmanovdur. Bu adamlar möhtərəm Prezidentimizin sərəncamı ilə işdən azad edilmiş Arif Qasımovun ətəyindən bərk yapışıblar. Arif Qasımov şəxsi ofisində hansı qərarları qəbul edirsə, adıçəkilən şəxlər həmin qərarın icrasını təmin etmək üçün dəridən-qabıqdan çıxırlar. Hazırda bu adamların fəaliyyəti araşdırılarsa, ortaya çox ciddi pozuntu faktları çıxacaq. Birincisi, araşdırılmalıdır ki, Tariyel Tahirov, Qərib Məmmədov, Ramsin Abdullayev və Vaqif İmanovun keçmiş başçıya biət etməsinin səbəbi nədir? Niyə onlar möhtərəm Prezidentimizin sərəncamına məhəl qoymur və hələ də Arif Qasımovdan aldıqları göstərişlə fəaliyyət göstərirlər? Bundan başqa, aydınlaşdırılmalıdır ki, bu adamlar Arif Qasımovun şəxsi ofisindən konkret hansı göstərişləri alırlar? Bu gün İcra Hakimiyyətinin əməkdaşları müavinləri yerlərində tapmayanda bir-birlilərinə zarafatla deyirlər ki, yəqin yenə gediblər Arif Qasımovun əlini öpməyə. Belə bir anormal vəziyyət yaranıb.
İnanmıram ki, başqa rayonlarda belə hallara rast gəlinsin. İcra başçısı işdən çıxarırılırsa, vəssalam, onun bu qurumla əlaqəsi tamamilə kəsilir. Amma Arif Qasımov unikal fenomendir. Şəxsi iqamətkahında oturub icra hakimiyyətini idarə edir. Elə bilir ki, heç kəsin bundan xəbəri yoxdur. Başına qoyduğu məşhur “Beyzbolka”sının dimdiyi nə qədər uzun olsa da, bununla ancaq üzünü gizlədə bilər. Əməllərini ört-basdır etməyə isə heç bir halda müvəffəq ola bilməz. İnanırıq ki, Arif Qasımovun bugünkü qanundankənar hərəkətləri, İcra Hakimiyyətinin hazırda iş başında olan rəhbər şəxslərini – müavinləri, şöbə müdirlərini təsir altına saxlaması və onların əli ilə müxtəlif qaranlıq məsələləri həl etməyə çalışması da çox keçməyəcək ki, müvafiq qurumların diqqətini cəlb edəcək. Belə davam edə bilməz. Tariyel Tahirov, Qərib Məmmədov, Ramsin Abdullayev və Vaqif İmanovun fəaiyyəti isə ayrıca araşdırılmalıdır. Bu adamların hazırkı davranışı rəsmi dövlət adamı üçün xarakterik deyil. Sanki Arif Qasımov mafiya babasıdır, bunlar da onun yaratdığı vadidə sədaqətli xidmətçilər. Özü də o qədər “sədaqətlidirlər” ki, hətta İcra Hakimiyyətinin rəsmi saytındakı “Vətəndaşların qəbulu” bölməsindən Arif Qasımovun adını hələ də çıxarmayıblar. Saytdakı cədvələ görə, Arif Qasımov günü bu gün də vətəndaşları həftənin cümə günü qəbul edir və həmin qəbulda icra başçısının müavinləri və aparatın struktur bölmələrinin rəhbərləri iştirak edir… Bəli, Nizami rayonu İcra Hakimiyyətində belə bir əndrabadi vəziyyət hökm sürür. Hörmətli Leyla xanımın abadlaşdırdığı parkda oğluna restoran tikdirdiyinə görə qamaqallı şəkildə işdən kənarlaşdırılan adamın adı rəsmi dövlət qurumunun saytında hələ də icra başçısı kimi qeyd olunur”.
Mənbə sonda onu da bildirib ki, müavinlərin Arif Qasımovla gizli görüşlərini əks etdirən fotoları da əldə etməyə çalışacaq:
“Elə rayon sakinləri var ki, Arif Qasımovla görüşüb ondan həll etməli olduğu məsələlərin hesabını sormağa çalışırlar. Həmin adamların da şikayətlərini mətbuata istiqamətləndirməyə çalıçacağıq” – deyə,mənbə bildirib./mediaxeberleri.az/