Ermənistanı silahlandırmaqda Kremlin əsl məqsədi: “Azərbaycanı böyük müharibədən yayındırmaq cəhdi…”

Kanadanın “Geopolitical Monitor” beynəlxalq kəşfiyyat araşdırmaları dərgisi Rusiyanın Cənubi Qafqazda mövqelərini gücləndirməsindən və son zamanlar Ermənistanı yeni silahlarla təchiz etməsindən yazıb.

Qeyd olunur ki, Rusiyanın 2008- ci ildən Gürcüstana müdaxiləsi və daha sonra ABŞ-ın sabiq prezidenti Barak Obamanın administrasiyasının regiona marağını azaltması Kremlin Cənubi Qafqazda möhkəmlənməsinə səbəb olub.

Dərgidə Rusiyanın Ermənistanı hər vəchlə silahlandırmasından bəhs edilərkən Kremlin Azərbaycanla münasibətləri nəzərə almadığı vurğulanıb. Məqalə müəllifi yazır:

“Belə görünür ki, Rusiya son döyüş əməliyyatları zamanı açıq şəkildə Ermənistan tərəfə meyl etməklə Azərbaycanın siyasi mövqeyinə necə təsir edəcəyini hesablamayıb. Praktikada Moskva Bakıda belə təəsürat yarada bilər ki, daha Moskvaya ümid bağlamağa dəyməz və Ankara Yerevanla qarşıdurmada onun yeganə regional dostu, müttəfiqidir”.

Həqiqətən, Moskva bu addımı atarkən Azərbaycanın siyasi mövqelərinə necə təsir edəcəyini hesablamayıbmı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlamasında deyib ki, Rusiya Ermənistanı silahlandırmaqla böyük müharibəyə əngəl olmaq və Azərbaycana “göz dağı” verməyə çalışır:

“Rusiyanın Ermənistanı silahlandırmaqda bir neçə məqsədi var. Əsas məqsədi odur ki, Ermənistan Azərbaycan qarşısında zəif olmasın. Çünki Rusiyada da görürlər ki, Azərbaycan silahlanmaya, hərbi texnikaya milyardlarla dollar xərcləyir. Ermənistanın isə belə bir imkanı yoxdur. O, kasıb ölkədir. Ermənistan silahı ya borc ala, ya da Rusiyadan dilənə bilər. Ona görə də Rusiya hesablayır ki, bu sürətlə davam edərsə, Azərbaycanın ordusu güclənəcək, hərbi texnikası artacaq və Ermənistan üzərində xeyli üstünlük qazanacaq. Məhz bu baş verməsin deyə Kreml Ermənistana tonlarla hərbi yük göndərir. Bununla həm də Azərbaycana “göz dağı” verməyə çalışırlar ki, biz də Ermənistanı silahlandırırıq. Əsas hədəfi budur. Amma düşünmürəm ki, Rusiya böyük müharibə arzulasın. Çünki bilir ki, bu, həm Ermənistana, həm də onun özünə problemlər yarada bilər. Eyni zamanda, müharibənin Şimali Qafqaza təsiri ehtimalı var. Rusiya Ermənistanı silahlandırmaqla Azərbaycanı böyük müharibədən yayındırmağa çalışır. Əgər Rusiya Ermənistana tonlarla hərbi yük göndərməsəydi, biz bu məsələni daha sürətli həll edərdik. Amma Rusiya Ermənistanı silahlandırdığına və İrəvanda hərbi bazaları olduğuna görə, biz bu riskləri də gözə almaq məcburiyyətindəyik. Biz artıq Türkiyədən silah almağa üstanlük veririk və dövlət başçısı Türkiyənin Milli Müdafiə naziri Hülusi Akarla görüşündə də bunu vurğuladı. Rusiya da bunu görür və anlayır ki, artıq Kremldən silah alınmayacaq. Yəni siyasətimiz dəyişir”./cebhe.info/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password