22 yaşlı qız 1 milyonluq sığortaya görə qolunu kəsdi – Prokuror hiyləsini başa düşdü

Cümə günü Sloveniya məhkəməsi 22 yaşlı qızı sığorta pulu almaq üçün qəsdən özünə ağır bədən xəsarəti yetirdiyinə görə iki il həbs cəzasına məhkum edib.

Bu haqda məlumatı “ABC News” nəşri yayıb.

Yuliya Adlesiç adlı bir qız sol əlini biləyin üstündən kəsməyə razı olub və bunu 2019-cu ilin əvvəlində sevgilisi ilə edib.  Yaralanan qız təcili xəstəxanaya aparılıb. Eyni zamanda, Yuliyanın əlilliyinə tam nail olmaq üçün kəsilmiş əlini özləri ilə aparmayıblar.

Mənbə bildirir ki, bir il əvvəl o, beş sığorta şirkəti ilə müqavilə imzalayıb.

Qız 1 milyon avrodan çox pul alacaqdı. Bunun yarısı dərhal, qalanı isə müntəzəm aylıq ödənişlərlə ona veriləcəkdi.

Prokuror hadisədən bir neçə gün əvvəl qızın sevgilisinin süni əllərin necə işlədiyi barədə internetdə məlumat axtardığını öyrənib.

O, bunun hər şeyin əvvəlcədən planlaşdırıldığının sübutu olacağını iddia edib.

Məhkəmə zamanı qız günahsız olduğunu bildirib: “Heç vaxt bilərəkdən əlini kəsmərəm”.

“Heç kim şikəst olmaq istəmir. Həyatım məhv oldu. 20 yaşımda qolumu itirdim” deyib.

Nəticədə məhkəmə onu sığortada dələduzluq cəhdində günahkar hesab edərək iki, sevgilisini isə üç il həbs cəzasına məhkum edib./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password