Ramiz Mehdiyev erməni Qriqoryan kilsəsinin görə bilmədiyi işi tarixçi alimlə necə yerinə yetirdi

2005-ci ilin mayın 3-də tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Fəridə Məmmədova dövlət sifarişi və maliyyə dəstəyi ilə “Qafqaz Albaniyası və albanlar” əsərini yazıb nəfis tərtibatla, rus dilində,adı bilinməyən nəşriyyatda çap etdirdiyi yaxşı yadımdadı.O vaxt kitabın AMEA-da müazikərələrdən keçmədən,qəfil işıq üzü görməsi tarixçi alimlərimizin hamısını şoka salmışdır. Kitabla tanışlıqdan sonra isə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunda sanki bir “bomba partlamışdır”. Uzun müzakirələrdən sonra başda Tarix İnstitunun direktoru Yaqub Mahmudov olmaqla, bütün kollektiv erməni işğalına birbaşa haqq qazandıran bu kitabın dərhal yayımının qarşısının alınması və müəllif F.Məmmədovanın  Tarix İnstitutunun Azərbaycanın tarixi coğrafiyası şöbəsinin müdiri vəzifəsində qalıb-qalmaması məsələsi müzakirəyə çıxarmışdı. Akademik Y.Mahmudov kollektivi qarşısında öz qəti mövqeyini bildirmişdir ki, adını tarixçi qoyan Fəridə Məmmədova kimi birisinin bu institutda yeri ola bilməz. Lakin çox çəkmədən alimlərin müzakirəsi Prezident Aparatından olan zənglərə görə yarımçıq qaldı, təzyiqlər başlandı. Hətta vəziyyət o həddə çatmışdı ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev birbaşa AMEA-nın prezidenti Eldar Salayevə  göstəriş vermişdi ki, təcili olaraq Y.Mahmudovun Tarix İnsititunun direktorluğunda qalıb-qalmaması məsələsi müzakirəyə çıxarılsın.

Lakin, oğuz-türkü olan Yaqub Mahmudov bütün təzyiqlərə baxmayarq, öz qəti mövqeyini ortaya qoyur və  direktoru olduğu Tarix İnsititunun şöbə müdiri F.Məmmədovaya bir daha AMEA-nın həndəvərinə yaxınlaşmamağı tapşırır. Lakin Prezident Aparatından gələn əmrlərdən sonra da F.Məmmədova Tarix İnstitunda tutduğu vəzifədə elə bu günədək qalmaqla yanaşı mütəmadi olaraq əməkhaqqını almaqda da davam edir.Lakin qisasçı və həddən artıq kinli bir insan olan R. Mehdiyev necə olur olsun onun siyasi tapşırığını yerinə yetirən F.Məmmədovanı şıxışdırdığına görə akademik Y.Mahmudov cəzalandırmaqda israr edir. Alimlərimiz arasında böyük hay-küyə səbəb olmuş erməni dəyirmanına su tökən bu kitaba görə iş o həddə çatır ki, PA ilə AMEA arasında şiddətlənən bu mübarizəyə son qoymaq üçün prezident İlham Əliyev məsələyə şəxsən müdaxilə edir və dərin hörmət bəslədiyi tarixçi alim Yaqub Mahmudovu müdafiə edir. Prezidentin birbaşa müdaxiləsindən sonra boz kardinal hisslərini cilovlamağa və ermənipərəst tarixçisini Milli Aviasiya Akademiyasına böyük bir vəzifəyə göndərir. Xatırladaq ki, ermənipərəst alim F.Məmmədova bu günədək MAA-dan da ştat üzrə dövlətdən əməkhaqqı alır. Halbuki, qanunvericiliyə görə eyni zamanda iki dövlət müəssisəsində ştat üzrə təmsil olunmaq və əməkhaqqı almaq qadağandır.
Qeyd edək ki, “Qafqaz Albaniyası və albanlar” kitabının birbaşa sifarişçisi və onun nəfis tərtibatda rus dilində çoxsaylı tirajla çap edildikdən sonra əsasən MDB məkanı və digər  ölkələrə paylanması  yenə də R.Mehdiyevin təşkilatçılığıilə həyata keçirilmişdir. Bir sözlə, akademik Ramiz Mehdiyev Erməni Qriqoryan kilsəsinin tarixən görə bilmədiyi işi tarixçi Fəridə Məmmədovanın “xüsusi əməyi” sayəsində həyata keçirmiş, nəticədə ermənilərin Azərbaycan torpaqlarının 20 faizinin işğalına tək bu kitabla haqq qazandırmışdır.
Bəs necə oldu ki, azərbaycanlı adı və soyadı olan Fəridə Məmmədova ermənilərin xeyrinə, azərbaycanlıların ziyanına belə bir qondarma tarixi kitabı ərsəyə gətirdi?  Apardığımız araşdırmalardan bəlli olur ki, F.Məmmədova AMEA-nın kadrlar anketində özünün 1936-cı ildə Əlİ Bayramlı şəhərində anadan olduğu qeyd edir. Lakin Krasnodar şəhərindən olan yazıçı Valeriy Xaçturovun “Vesti” jurnalında çap edilmiş “Qde rodilas istorik Farida Mamedova?” yazısında qeyd edir ki, tarixçinin qatıldığı disputlarda onun ( F.Məmmədovanın) susqun razılığı ilə əslən Şuşalı kimi təqdim edirlər. Disput zamanı “əslən Şuşa şəhərindən”olan Fəridə Məmmədova çıxışlarında  qarabağ ermənilərinin konkret maraqlarını müdafiə edirdi…”
Məsələ ilə bağlı 2014-cü ildə KİV-ə verdiyi açıqlamada Tarix İnstitutun direktor müavini t.ü.f.d.Cəbi Bəhramov tarix elmləri doktoru Fəridə Məmmədovanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov barəsindəki ittihamlarına cavabında bəzi fikirləri təqdim edirik:
“ Tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Fəridə Məmmədova  dövlət sifarişi və maliyyəsilə  “Qafqaz Albaniyası və albanlar” əsərini yazıb çap etməli idi.Və əsasnaməyə uyğun olaraq dövlət sifarişi ilə yazılan kitab Tarix İnstitutunun bir neçə şöbəsində müzakirə olunandan sonra Elmi Şuraya buraxılmalı idi. Amma nədənsə F.Məmmədova bütün mövcud hüquqi normalara məhəl qoymadan Azərbaycan Respublikası qanunlarını pozaraq bu kitabı adı məlum olmayan bir nəşriyyatda gizli maliyyə hesabına çap etdirib.O bununla həm də dövlətin, xalqın əleyhinə ideoloji təxribata əl atmışdır. Əslində bu cinayətdir.”


Cəbi Bəhrəmov

Bununla da “Fəridə Məmmədova 2003-cü il sentyabrın 23-də Akademiyanın Rəyasət Heyətinin qərarının da əksinə gedib. Kitab ümumilikdə 798 səhifədir. Giriş səhifəsinə, üçüncü səhifəyə baxsanız görərsiniz ki, ilk cümləsi Azərbaycan xalqının təhqiri ilə başlayır. Kitabın 557, 601, 602-ci səhifələrində isə Fəridə Məmmədova XIX əsrin birinci yarısında Rusiya imperiyası tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülən ermənilərin albanlar olduğunu iddia edir və bununla da indi Ermənistan tərəfindən həyata keçirilən işğala tarixi və hüquqi haqq qazandırmağa çalışır. Bu fikri təsdiq edən cümləni kitabın 557-ci səhifəsindən götürərək olduğu kimi sizə təqdim edirik: «Карабах и Сюник царское правительство усиленно стало заселять албанскими переселенцами из Персии и из Турции» Sual verirəm, XIX əsrin birinci yarısında Qacarlar İranı və Türkiyə dövlətləri ərazisində albanlar yaşayırdı yoxsa yox? Xüsusi olaraq qeyd etmək istəyirəm ki, dövrün bütün mənbələri, ilk növbədə çar Rusiyası məmurları tərəfindən tərtib edilən rəsmi sənədlər köçürülənlərin yalnız ermənilər olduğu faktını təsdiq edir. F.Məmmədova bu cümləni eyni şəkildə və məzmunda kitabın 601 və 602-ci səhifələrində də təkrarlayır. İndi özünüz deyin belə bir saxta fikiri yazan şəxsə hansı adı vermək olar? Mənim fikrimcə bütün bunlar Azərbaycan xalqına qarşı törədilən cinayət və xəyanətdir. Həmin kitabına sonunda xəritələr verib. “Böyük Ermənistanın”, yəni olmayan bir qurumun, olmayan bir ərazi vahidinin xəritəsini hazırlayıb. Orda “Böyük Ermənistan” sözü Ərdəbil şəhərinin üstündən gəlib keçir düz Xəzər dənizinə qədər. Tarixin heç bir mərhələsində öz hüquqi və faktiki təsdiqini tapmayan uydurma bir “dövlətin” xəritəsini vermək və üstəlik tarixi Azərbaycan ərazilərini onun tərkibinə daxil etmək hansı məqsədi güdür? F.Məmmədova kitaba daxil etdiyi 12-ci xəritədə (Erməni yeparxiyaları VI əsrdən başlayaraq) Erməni Qriqoryan kilsəsinin görə bilmədiyi bir işi yerinə yetirib. Bütün bunlar nə üçün edilib? Düşünürəm ki, bütün bunlar F.Məmmədova tərəfindən qəsdən edilib. Bütün bunlar bu gün də davam edən erməni işğalına haqq qazandırmaq məqsədi güdür.Onun dedikləri birinci nöqtəsindən tutmuş sonuncu hərfinəcən institutun direktoruna, kollektivinə, ümumən Azərbaycan tarix elminə bir böhtandır. Yaqub Mahmudovu hamı tanıyır. Alim olan kəs öncə belə sözlər deməməlidir.

F.Məmmədovanın kitabda təqdim etdiyi “Böyük Ermənistan” xəritəsi

Mən 2007-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən MDB Tarix İnstitutları rəhbərlərinin müşavirəsində iştirak edirdim. Bu müşavirədə ermənilərin də nümayəndələri iştirak edirdilər. Onlar “Siz nə üçün Fəridə Məmmədovanı təqib edirsiniz? Əvvəllər akademik Ziya Bünyadov və akademik İqrar Əliyev onu təqib edirdilər, indi də Yaqub Mahmudov təqib edir? Əslində F.Məmmədova doğrusunu yazıb. O, yazır ki, biz ermənilər erməniləşmiş albanlarıq və yalnız dilimizi dəyişmişik. İndi bizə Rusiya kömək edib öz “torpaqlarımızı” azad etmişik və onun fikirləri bizim istəklərimizi əks etdirir” sözlərini söylədilər. Sual olunur erməniləri Fəridə Məmmədova ilə bağlı narahat edən səbəb nədir?
C.Bəhramov F.Məmmədovanın Aviasiya Akademiyasına kafedra müdiri təyinatını da anlamadığını qeyd edib. “Bu adam hətta tarixi faktları itirmək naminə kitabxanadan Moisey Kalankatlının “Alban tarixi” kitabını götürüb qəsdən qaytarmırdı.
F.Məmmədova 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Soruşun ondan Onun elmi rəhbəri kim olub? Karen Yüzbaşyan. Bəs opponentləri? Suren Yeremyan və V.Qukasyan. Yenə sual verirəm bunu yetişdirənlər kimlərdir, onun müəllimləri kimlərdir?!” .
Biz də elə hörmətli Cəbi müəllimin Fəridə Məmmədovanın erməni elmi rəhbər və opponentləri qarşısında qazandığı “sirli uğurlar”dan sonra son 40 ildə cənab Ramiz Mehdiyevin onu bu gün də müdafiə etməsini başa düşə bilmirik. Amma onu dəqiq bilirik ki,təkcə  “Qafqaz Albaniyası və albanlar” əsərini Azərbaycan dövlətinin vəsaiti hesabına çoxsaylı tirajla çap etdirib bütün dünyaya paylamaqla akademik Ramiz Mehdiyev və “Şöhrət” ordenli tarixçi Fəridə Məmmədovanın erməni xalqı qarşısında göstərdikləri “XİDMƏT” misilsizdir. Və bu ləkəni üzərimizdən götürülməsi üçün Azərbaycanın tarixçi alimlərinə bundan sonra ən azı 100 il əmək sərf etmələri lazım olacaq.

https://books.google.az/books?id=0FfEDgAAQBAJ&printsec=frontcover&hl=ru#v=onepage&q&f=false

Məmməd ƏHMƏDOĞLU    

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password