Dərin islahatların izi ilə kölgə və gizli iqtisadiyyata döğru

 

ƏFLATUN MƏMMƏDOV

Vergilər Naziriliyinin Müşaviri,“Risklərin idarə olunması və iqtisadi təhlil baş idarəsi “-nin rəisi vəzifələrində çalışmış, İnternet və İKT üzrə müstəqil ekpert

 

Bildiyimiz kimi, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin hesabat və iclaslarlnda, o cümlədən koronavirus pandemiyası ilə əlaqədar bir sıra mötəbər və nüfuzlu beynəlxalq qurumların ( bank sekotoru, yüksək texnologiyalar  üzrə şirkətlər vəs. ) ali rəhbərlikləri ilə görüş və çıxışlarında  ardıcıl olaraq  kölgə iqtisadiyatı haqqında  və onun bütövlükdə ölkə iqtisadiyyatına vurduğu neqativ təsirlərdən geniş danışmış və onun birmənalı olaraq aradan qaldırılması üçün kifayət qədər siyasi iradənin olduğunu dəfələrlə vurğulamışdır.

Həm də məlumumuzdur ki,bu prosesin özünün də geniş ictimayətin və demək olar ki,hər kəsin gözü önündə,  dayanıqlı və davamlı dərin islahatlar fonunda həyata keçirildiyi də qaçılmaz bir faktdır.Eyni zamanda, bu istiqamətdə bütovlükdə iqtisadi sektorda aparılan islahatların daha da geniş vüsət alması məqsədilə direktiv və normativ sənədlər toplusunda qanunvercilik və inzibatçılıq metodlarının,o cümlədən üsul və idarəetmənin daima yeniləndiyini,  həmçinin,2016-cı il dekabr ayında “ İqtisadiyyatın İnkişafına dair Yol Xəritəsi “  – nin də ayrıca olaraq qəbul edildiyini də xüsusi olaraq qeyd etmək yerinə düşərdi.

Президент Ильхам Алиев: В 2018 году Азербайджан добился серьезных позиций в  деле урегулирования нагорно-карабахского конфликта

Bununla da, bu istiqamətdə dövlətin həm qərarlılığı,  həm də bu sahənin prioritet məsələlərdən olduğu geniş ictimai təfəkkürdə öz təşəkkülünü tapmışdır.Bu da, öz növbəsində ölkə iqtisadiyyatının dirçəldilməsi yönündə,  həm dövlət  qayğısının öz ifadəsi  kimi  önəmsənilmiş,  həm də icrası aktual və vacib olan məsələlərə aid edilərək “ Yol Xəritəsi “- nin bütövlükdə həyata keçirilməsi aidiyyatı  qurumlar tərəfindən nəzarətə götürülmüşdür.

Əlavə olaraq, qeyd etdiyimiz kimi nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə də Dünya Bankının,  o cümlədən Beynəlxalq Diplomlaşdırılmış və Sertifikatlaşdırılmış Mühasiblər Assosasiyasının  ( ASSA ) açıqladığı hesabatlara əsasən,   Azərbaycanda  kölgə və gizli iqtisadiyyatın həcmi ÜDM- in ( ümumi daxili məhsul ) xüsusi çəkisində təqribən 65 % təşkil etdiyi  təxmin edilərək bildirilmişdir.Hesabatda kölgə iqtisadiyyatının miqyasına görə Azərbaycan, Ukrayna, Nigeriya, Rusiya, Brazilya, Pakistan, Bolqarıstan və Keniya  ilk onluqda yer aldığı bildirilir ki, bu da peşəkar ekspert iqtisadçıların iddialarına görə bu ölkələrə gələcəkdə beynəlxalq investisya yatırımlarında ciddi problemlər yaradacağı qənaəti hasil edir.Bu hesabatla  ÜDM təq. 60 mld.  Azn. olduğunu diqqətə alsaq, ölkəmizə neft gəlirləri daxil olandan üzü bu yana azı 20 ildə,  60 mld.- ın 65 %- i təq. 35 mld. edir ki, bu rəqəm hər il itki kimi olduğu diqqətə alınmış və  bunun nəticədə də toplam olaraq təq. İtkilər 20 il • 35 mld. = 700 mld. ( 1 trl. – na yaxın ) məbləğ təşkil etdiyini hər kəs aydın görə bilər qənaətindəyik.

Eyni zamanda,  bu hesabatın özünü də ölkəmizdə  gizli və kölgə iqtisadiyyatın olması təxminində  ümumi iqtsadiyyatın  bütövlükdə itirdiyi maliyyə vəsaitləri   kimi də başa düşmək olar.Başqa bir misal da ölkə Prezidentinin yanında keçirilmiş büdcə müzakirələrində gömrük komitəsinin və digər mötəbər dövlət  yetkililərinin dəfələrlə qeyd etdikləri kimi son illərdə gömrük komitəsində  aparılan islahatlar nəticəsində əldə edilən  milyonlarla əlavə gəlirləri xatırlatmaq  da yerinə düşərdi.Belə ki,  ötən illərdə bu milyonlar hesablansa yenə də kifayət qədər böyük rəqəmlərin oğurlandığı və ya açıqca yol verilmiş korrupsiya əməliyyatlarının olduğu da ayrıca olaraq bu qəbildən başa düşüləndir.

Rəsmi dövlət orqanlarının öz dillərindən söylənən belə misalları çox gətirmək olar.Bu misalların hamsı mahiyyətcə eyni məzmun daşıdıqları üçün hesab edirəm ki,bu qədəri kifayətdir.Eyni zamanda, yuxarıda qeyd olunan araşdırma və təhlillərdə göstərilən rəqəmlər və onların ifadə edikləri mənalar iqtisadiyyatımızın düşmüş olduğu vəziyyəti də  açıq-aydın göstərməyə imkan verir.

Azərbaycanda kölgə və gizli iqtisadiyyatın böyük rəqəmlərlə ifadə olunması haqqında əvvəllər də  mötəbər qurumlar və yerli ekspertlər tərəfindən müəyyən  analoji araşdırmalar da aparılmışdır.Həmin araşdırmalara əsasən Azərbaycanda böyük neft ixracatı dönəmində kölgə və gizli iqtisadiyyatın  həcminin daha böyük olduğu göstərilərək beynəlxalq mötəbər qurumların hesabatlarında bu rəqəmlər öz əksini tapmışdır.Xüsusən dövlət təşkilatlarında “paket” maaşlarıından tutmuş, qeyri dövlət strukturlarına, o cümlədən özəl sektor da daxil olmaqla “qara“ mühasibatlığa qədər geniş yayılmış gizli və kölgə iqtisadiyyatın institutlaşmış köklərinin gedərək dərinlərə işlədiyi də ayrıca olaraq bildirilmişdir.Hətta, ümumilikdə ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində, həmçinin,  özünəməxsus əhali arasında, rəsmi vergi orqanlarında qeydiyatdan  keçmədən və yaxud ən azı gizli sövdələşmələr yolu ilə  fəaliyyət göstərən müəsisə və digər strukturlarda süni yollarla  gəlirlərin  gizlədilərək vəya heç göstərilmədən çalışan böyük sayda hüquqi və fiziki şəxslərin kifayət qədər olduqları vurğulanmışdır.

Yuxarıda qeyd olunanlara əlavə olaraq bu gün,  həm də çox maraqlı və əyləncəli sahə sayılan və çağdaş əsrimizin gələcəyi hesab olunan bütövlükdə İnternet məkanında  rəqəmsal iqtisadiyyatın,  o cümlədən virtual biznesin  və  onun qeyri ənənəvi  fəaliyyətlərinin  üzərində qurulan kiber məkanda   bütövlükdə sahibkarlıq fəaliyyətləri  elektron ticarət,  internet ticarəti,  kompüter on-line oyunları, idman mərc oyunları (elektron kazino, topaz, kriket, at yarışları vəs. ) kimi olmaqla  bu  virtual sahibkarlıq fəaliyyətlərin də qanunauyğun formada vergiləndirilməsi prosesləri də yarıtmaz vəziyyətdəfir.Hətta, bu fəaliyyətlərin  ÜDM- də xüsusi çəkisi bu gün də hiss olunmayacaq dərəcədə olub ölkəmizin yaşadığı bu ağır iqtisadi  böhran durumunda yaşanan pandemiya fəlakəti fonunda milyonlarla  maliyyə itkiləri şəkilində müşayət olunmaqla davam edir.

Müstəqil ekspert və maliyyə qurumlarının rəsmi qaydada apardıqları sorğu,  tədqiqat və araşdırmalar əsasında müəyyən etdikləri gizli və kölgə iqtisadiyyatının həcminin, hətta, göstərilən rəqəmlərdən qat-qat daha yüksək olduğu qənaəti də ayrıca hasil olmuşdur.

Qlobal maliyyə bohranı və bu sahədə təkcə analitik –  iqtisadi təhlillərə söykənən məntiqi nəticələrin sadə rəqəmlərlə ifadəsi də onu göstərir ki, kiçik, orta və iri sahibkarlığın fəaliyyətinə,  xüsusi yanaşmalar, o cümlədən ali qərarlar verilməzsə və dərindən islahatlar ( immitasiya xarakterli olmamalı ) aparılmazsa, bu  sektor hələ uzun müddət özünə gəlməyərək fəaliyyətləri türbülanslar və sarsıdıcı şoklarla müşayət olunacaqdır.

Azərbaycan İnvestisiya Forumunda rəqəmsal əsrdə innovasiya və  telekommunikasiyaların rolu müzakirə ediləcək | IKTINFO

Belə ki, aydın təsəvvürümüz olsun deyə ölkəmizdə bu sahədə real iqtisadi göstəriciləri yaxından təhlil etsək görərik ki,  vergi qeydiyyatından rəsmi qaydada keçmiş  ümumi vergi ödəyicilərinin ( hüquqi və fiziki şəxslərin ) sayı,  təqribən 800 minə yaxındır və həmçinin, onların vergi internet idarəsində aktiv görünən hissəsi,  yenə təqribən 400 min kimidir, amma, gerçəkdə vergi bəyannaməsində öz gəlirlərini  və  dövriyyəsini göstərən vergi ödəyicilərinin sayı isə bu rəqəmlərdən qat-qat aşağı olub təqribən 200-250 min civarında,  ölkə əhalisin 10 mln. olduğunu nəzərə alsaq  bu nisbətdə vergi ödəyicilərinin sayının qeyri qənaətbəxş olduğu görünər və demək olar ki, bu mənada yox kimi görünürlər.Bu rəqəmlər, bu gün də onların dövrü hesabatlarına və təqdim etdikləri bəyannamə  sənədlərinə uyğun  olaraq aşağı- yuxarı 5-10 %  oynamaqla dəyişməkdədir.Burada, həm də hər kəs üçün aydın olsun deyə,  büdcə ödəmələrinin tərkibi də ayrıca olaraq analitik təhlil edildikdə,  açıq şəkildə görünür ki, onun, yəni büdcənin təqribən 90 %- ni sadəcə Bakı şəhərində fəaliyyət göstərən 10 %- ə yaxın vergi ödəyiciləri ödəyirlər. Rəqəmlə bunu ifadə etsək ötən illərin analogiylarına uyğun olaraq bu o deməkdir ki, təqribən büdcəyə ödənilməli  ümumi məbləğin vergiyə düşən hissəsi, yəni təq.  7 mld.- ın 5 mld.- nı(75 %),   Bakı şəhərində qeydiyyatda olan 10 %   iri  sahibkarlar- vergi ödəyiciləri  həyata keçirirlər, geridə qalan  təq. 2 mld. – nı ( 25 % )  isə region və rayonlarda fəaliyyət göstərən   90% kiçik və orta sahibkarlar ödəyirlər.Burada, təq. 0.7-0.8 mld. ( 10% – ə yaxın ) olan çox cüzi əhəmiyyətsiz bir hissəsi, orta sahibkarlar olan vergi ödəyicilərin payına düşür  ki, bu rəqəm də ümumi  məbləğdə ğöründüyü kimi yox kimidir… necə ki,  orta sahibkarların və sahibkarlığın demək olar ki, bu nisbətdə olmadığı kimi.Bu da öz növbəsində,  işlətmədə və işgüzar iqtisadi fəaliyətdə  analoqu olmayan bir maliyyə-iqtisadi  haldı ( fenomendi )…Yeri gəlmişkən milli iqtisadiyyatımızda yaşanan bu halın özü də üzücü  olub,  çox düşündürücü bir məqamdır. Rəqəmlərdən və onların açıq-aydın təhlillərindən göründüyü kimi,  bu durum  sadə bir həqiqətdir  ki, büdcə ödənişlərinin  məbləğ olaraq əsas hissəsini ( 90 %- ni ), sayca iri vergi ödəyiciləri (10%),    geridə qalan cüzi  məbləğin (10 %- ni ) isə  dolayısı ilə bu həm də, yerdə qalan  (90 %  ) kiçik və orta vergi ödəyicilərin paylna düşür və onlar  həyata keçirirlər deməkdir.

Bu rəqəmlər,  gəlişi gözəl rəqəmlər deyil,  bu rəqəmlər ölkə iqtisadiyyatının fəryadıdır, hayqırtısıdır və həm də gerçək üzüdür.Bu rəqəmlər  eyni zamanda, demək olar ki,  orta sahibkarlığın tamamıilə olmadığı kimi acınacaqlı bir iqtisadi mənzərəni də ortaya qoyur.Ciddi iqtisadçı təhlilçilər çox yaxşı bilirlər ki, orta sahibkarlığın olmadığı bir iqtisadiyyat büsbütün kollabsdır….iqtisadi dildə izahı yoxdur və həm də sözün əsl mənasında sözün bitdiyi yerdir. Xüsusən də 2020- ci il koronavirus pandemiyası və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə ölkədə iqtisadi sektorda yaşanan durum,  gəlirlərin hədsiz dərəcədə azalması, bir başqa sözlə,İqtisadiyyat naziri Mikayıl Cabbarovun ifadəsilə desək hər ay təqribən  150-200 mln.AZN olmaqla  itkilərin olması, maliyyə şoklarının yaşanması  ilə müşayət olunur.

Bu da öz növbəsində ölkədə bütövlükdə sahibkarlıq  fəaliyyətini  büsbütün iflic vəziyyətinə salmış və bu sektorda sahibkarlıq fəaliyyətinə dərin iqtisadi təbadüllatları yaşatmaqdadır.Bununla belə bir sıra iqtisadi təhlil və maliyyə göstəriciləri onu da göstərir ki, qara mühasibatın “tədricən“ deyil, “radikal“ şəkildə agardılması qaçılmaz məsələlərdəndir və görünən də odur ki, ölkə rəhbərliyi ciddi islahatların anonsunu verməklə bərabər, həm də vaxt itirmədən köklü islahatlara başaladılması tapşırıqlarını da  aidiyyatı dövlət qurumlarının qarşısında taleyüklü  kritik bir məsələ olaraq qoyduğu da əbəs yerə deyil.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password