Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı

 

Təhsil Nazirliyi hibrid tədris üçün dərs cədvəli nümunəsini hazırlayıb.

Bu nümunələr 4 müxtəlif situasiyanı əhatə edir:

– əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün
– əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə
– əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün
– əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.

“Bu nümunədən istifadə etməklə sizin məktəbin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlaya bilərsiniz. Nəzərə alın ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır. Dərs cədvəlinizi həm də teledərslərin cədvəlinə uyğunlaşdırmağınız tövsiyə olunur. Teledərslər hər gün 2 televiziya kanalında səhər və günorta təkrar verilməklə yayımlanacaq”, – məlumatda bildirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password