“Küçədən gələn Paşinyan elə küçə yolu ilə çıxıb gedəcək” – Armen Aşotyan

Nikol Paşinyan bu yaxınlarda tərəfimizdən hazırlanan “Nikolsuz Ermənistan” və “Nikoldan sonra Ermənistan” tezislərini qəbul etməkdə çətinlik çəkir.

 Bu barədə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Facebook səhifəsində yazıb.

O, xüsusilə qeyd edib:

“Ümumiyyətlə, mövcud hakimiyyət orqanları baş düşürlər ki, ictimai mühitdə dərinləşən xəyal qırıqlığı, artan sosial-iqtisadi problemlər və xarici siyasət çağırışları daxili gərginlik ehtiyatı yaradır. Hansı ki, bu, hər hansı bir bəhanə ilə siyasi proseslərin kaskad mexanizminə çevrilə və bununla da “Nikolsuz Ermənistan” layihəsi həyata keçə bilər.

Bu fonda partiyanın institusional, insan və beynəlxalq resurslarının səfərbər edilməsi daxil olmaqla müxalifətin hər cəbhədə fəallaşması Paşinyanı narahat etməyə bilməz.

Və ən əhəmiyyətli olan budur.

Necə oldu ki, 2017-ci il qanuni seçkilərdən bir neçə ay sonra Nikol insanları yalançı bir gündəmlə küçələrə çıxara, hakimiyyəti ələ keçirə bilir. Bunu “Zorakı olmayan məxməri inqilab” adlandırır və “demokratiya qalası” elan edir. İndi isə Paşinyan müxalifətin taktikasına  “antidemokratik” bir don geyindirməyə çalışır?

Nə vaxtdan bəri o, demokratiyanın alfa və omeqasına çevrilib, bizə və cəmiyyətə demokratiya dərsi verməyə nə cürət edir?

Küçədən gələn təbii ki, elə küçə yolu ilə çıxıb gedəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password