“The London Post”: Ermənistanın populist xarici siyasəti regional müharibəyə çağırışdır

 

Böyük Britaniyanın “The London Post” qəzetində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun “Ermənistanın populist xarici siyasəti regional müharibəyə çağırışdır” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin populist hərəkətləri, onun ölkənin iqtisadi inkişafı ilə bağlı verdiyi vədlərin çoxunu həyata keçirə bilməməsi və ölkədə uzun müddətdir iqtisadi tənəzzül və demoqrafik böhranın hökm sürdüyü qeyd olunur.

Bildirilir ki, bəzən kütləvi aksiyalar və ya seçkilər vasitəsilə hakimiyyətə gətirilən lider xalqın tələbini təmin etmək və seçkilərdə daha çox dəstək qazanmaq üçün populist hərəkətlərə meyilli olur. Bu cür hərəkətlər xarici siyasət strategiyalarının idarə edilməsi sahəsinə tətbiq edildikdə bu, regional və bəzən hətta qlobal fəsadlar törədə biləcək şovinist və populist addımlara səbəb olur.

Ermənistanın 2018-ci il qondarma məxməri inqilabından bəri həyata keçirdiyi xarici siyasət bu nəzəri baxış üçün yaxşı nümunədir. Dövlət quruculuğu və ya diplomatiya sahəsində təcrübəsi olmayan keçmiş jurnalist Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin populist meyilləri onun baş nazir kimi səlahiyyətlərə başlayandan az sonra görünməyə başladı. Məsələn, Paşinyan hakimiyyətə gəldiyi zaman Ermənistan əhalisinin 2050-ci ilə qədər 3 milyondan 5 milyona qədər artacağı vədini vermişdi. Ancaq BMT-nin son demoqrafik vəziyyətlə bağlı hesabatına görə isə Ermənistan əhalisinin 2100-cü ilə qədər 913.000 nəfər azalaraq 2.039.000 olacağı gözlənilir.

Nikol Paşinyanın uzun müddətdir ki, iqtisadi tənəzzül və demoqrafik böhranın hökm sürdüyü Ermənistanda FIFA Dünya çempionatını keçirmək, ölkədə ÜDM-ni 15 dəfə artırmaq, ümumi dəyəri 10 milyard dolları ötüb keçən ən azı beş texnoloji şirkətin inkişafına nail olmaq, ordunun döyüş hazırlığı indeksinə görə ilk iyirmi ölkə və kəşfiyyat sahəsində ilk on ölkə sırasına çatdırmaq kimi vədləri real olmayan hədəflərdir.

Bu populizm orta və uzunmüddətli perspektivdə Ermənistanda daxili ictimai-siyasi və iqtisadi sabitliyi təhlükə altına almaqla yanaşı, Paşinyanın bu yanaşmanı xarici siyasət sahəsində tətbiq etməsi həm Ermənistanda, həm də regionda daha böyük fəsadlara gətirib çıxara bilər. Ölkənin iqtisadi inkişafı ilə bağlı verdiyi vədlərin çoxunu həyata keçirə bilməyən və COVID-19 pandemiyasının humanitar və iqtisadi fəsadlarına qarşı uğursuz mübarizə nümayiş etdirən Paşinyan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətdə yürütdüyü siyasətində populist bəyanatlardan istifadə edir.

Paşinyanın 2019-cu ilin avqust ayında səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı onun rəhbəri olduğu siyasi administrasiyanın ən yüksək səviyyədə populizmi qəbul etməsinin ilk əsas təzahürü idi. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da daxil olmaqla, Ermənistan-Azərbaycan danışıqlarının əlaqələndirilməsi mandatına malik olan əsas beynəlxalq missiya – ATƏT-in Minsk qrupu həmsədrlərinin də bu bəyanatı kəskin tənqid etməsi Paşinyanı ölkəsinin Azərbaycanla münaqişə ilə bağlı siyasətdə populizmin yolverilməzliyinə inandırmaq üçün yetərli olmadı.

Məqalədə qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Sevr müqaviləsinin yüzilliyinə həsr edilən “elmi konfransda” çıxışı zamanı bu müqavilənin tarixi fakt olduğunu bildirir. Müəllif isə buna cavab olaraq yazır ki, heç bir hüquqi qüvvəyə malik olmayan müqavilənin yubileyinin təntənəli şəkildə qeyd edilməsi təkcə populizm deyil, həm də Ermənistanın regionda yürütdüyü eksponsianist siyasətin təzahürüdür. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş məsləhətçisi Jirair Libaridian da Paşinyan hökumətini “xəyallara qapılmamağa” çağırıb: “Mən bilmirəm bizim başçılarımız bunu bilərəkdən ediblər ya yox, ancaq Ermənistan prezidenti və baş nazirinin bəyanatları Türkiyəyə qarşı ən azından diplomatik savaş elan etməyə bərabərdir.”

Yazıda Sevr müqaviləsinin Ermənistan tərəfindən etirazsız qəbul edilməsinin xarici siyasi məqsədlər güdməsi fonunda onun, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarının toxunulmazlığına dair qətnamələr və digər sənədlərdən də imtina etdiyi bildirilir. Hər şeydən əvvəl, ötən aylar ərzində Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə irəli sürülən Madrid prinsiplərindən imtina edib.

Bu prinsiplər bir çoxları tərəfindən regiona sülhü gətirmək üçün ən mümkün yol hesab olunurdu. Hətta Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu prinsipləri “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsi üçün çox mühüm addım kimi” qiymətləndirmişdi. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxardılmasını tələb edir. 2020-ci ilin aprelində danışıqların bütün mahiyyətinə qarşı çıxan Ermənistan xarici işlər nazirliyi danışıqlar masasında hər hansı bir sənədin mövcudluğunu rədd edib.

Cənubi Qafqazdakı iki ölkə arasında uzun illərdir davam edən bu münaqişəyə son qoymağı təklif edən sənədləri rədd etməklə və ekspansionist, irredentist iddialarla dolu, hüququ qüvvəsi olmayan müqavilənin təntənə şəkildə qeyd edilməsi ilə Ermənistan öz xarici siyasətinin əsl mahiyyətini bir daha göstərdi.

Həqiqətən də, Yerevan rəsmilərinin populist xarici siyasəti erməni xalqını daha böyük ərazi iddialarına və qonşu ölkələrə qarşı təcavüzə təşviq edir, regiondakı bütün xalqlar üçün sülh deyil, ağır fəsadları olan hərbi əməliyyatların bərpasını vəd edir. APA

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password